Azərbaycanlı və erməni ziyalıları görüşsün - Moskvadan TƏKLİF

15 yanvar, 2021 13:15

“Əgər Bakı və Yerevan istəsə, Moskva azərbaycanlı və erməni intellegensiyasının dialoqunu təşkil etməyə hazırdır”.

Azsiyasət.com xəbər verir ki, bu barədə Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarova söyləyib. Onun sözlərinə görə, iki ölkə arasında birgə humanitar layihələr də gerçəkləşə bilər.

“Fikrimizcə, belə görüşlər barışıq atmosferinin yaranmasına, qarşılıqlı inama səbəb olur, Azərbaycan və erməni xalqarına, həmçinin, bütün Cənubi Qafqaza fayda verir”- deyə Mariya Zaxariva söyləyib.