Paşinyanın arvadının sirli Moskva səfəri - Nikol Rusiyayamı sığınır?

16 yanvar, 2021 10:20

Elxan Şahinoğlu: “Onun sığınacaq yeri kimi Rusiyanı seçəcəyi inandırıcı deyil”

Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsi ölkəni tərk edib. Srağagün baş nazirin arvadı Anna Akopyan və qızı Mariam Paşinyan Moskvaya uçublar. Onları aeroportda təhlükəsizlik xidmətinin əməkdaşları müşayiət edib. Sosial şəbəkələrdə Paşinyan ailəsinin Moskvada hava limanında videosu da paylaşılıb.

Məlumata görə, Paşinyanın ailə üzvləri Moskvada Rusiya vətəndaşlığı almaq üçün tələb olunan prosedurları keçəcəklər. Ermənistan KİV-i Paşinyan ailəsinin Moskvada mənzil axtarışları üçün gəldiyini də iddia edib.

Paşinyan 5-6 ay əvvələ qədər Qarabağda əli silahlı gəzən ailəsini Ermənistandan niyə uzaqlaşdırır, həyatına, ailə üzvlərinə terror təhlükəsi var? Və niyə məhz Rusiyaya? Özü “gizli qərbçi”, “sorosçu” və anti-Rusiyaçı ola-ola niyə ailəsini Rusiyaya göndərir?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu musavat.com-a deyib ki, Paşinyan ailəsinin Moskva səfəri Ermənistan cəmiyyətində də ciddi suallar doğurub: 

“İndiki halda Paşinyanın niyə məhz Moskvaya getməsi sualı açıqdır. Məsələ burasındadır ki, Paşinyan hakimyyətə gələndə ”sorosçu" qərbyönümlü siyasətçi hesab olunurdu. Rəsmi Moskvanın ondan xoşu gəlmirdi. Bu gün isə Paşinyan faktiki olaraq Moskvanın nökərinə çevrilib. Müharibə dövründə isə Paşinyana əsas dəstək Rusiyadan verildi. İlham Əliyev də çıxışında vurğuladı ki, Rusiya Ermənistana tonlarla hərbi yük göndərirdi ki, Qarabağda məğlub olmasınlar. Müharibə günlərində Paşinyan Rusiyadan tam asılı vəziyyətə düşdü. Bu gün Paşinyan Putinin hər dediyini etmək məcburiyyətindədir. Putin onu 10 noyabr razılaşmasına imza atmağa məcbur edir, 11 yanvarda Moskvaya çağırır, o da qaça-qaça ora gedir, razılaşmaya imza atmağa məcbur olur. Bu baxımdan mümkündür ki, Paşinyan Rusiyada sığınacaq almaq haqda düşünsün".

Elxan Şahinoğlu

Politoloq deyir ki, Nikol Paşinyanın sığınacaq üçün Fransaya müraciət etməsi daha çox ağlabatan olardı: 

“Paşinyan daha çox Fransa ilə yaxınlıq etməyə çalışırdı. Rusiyadan sığınacaq alacağı təqdirdə ona Rusiyadakı ermənilər çox ciddi problemlər yarada bilərlər. Rusiya ermənilərinin başçısı Ara Abramyan Paşinyan barəsində daha çox təhqiramiz ifadələr işlədir. Moskvaya köçərsə, oradakı ermənilərlə üz-üzə qalmalı olacaq. Üstəlik Rusiya KİV-i də Paşinyana qarşıdır. Paşinyanın sığınacaq yeri kimi Rusiyanı seçəcəyi inandırıcı deyil”.

Politoloq deyir ki, yaxın günlərdə bu məsələyə aydınlıq gətiriləcəyinə inanır: 

“Anna Akopyan Moskvadan qayıdandan sonra Ermənistan KİV-ə açıqlama veriləcək, məlum olacaq ki, bu səfərin məqsədi nə olub. Paşinyan Rusiya vətəndaşlığı alması üçün də elə ciddi bir əsas da yoxdur. Erkən parlament seçkilərinə hazırlıq görülür, Paşinyanın tərəfdar qrupu da bütün müxalifətdə olanlardan qat-qat artıqdır. Bu baxımdan Paşinyanın tərəfdarlarını qoyub gedəcəyinə zənn etmirəm. Rusiya vətəndaşlığı almaq o deməkdir ki, Paşinyan ölkədən qaçmağa hazırlaşır. Paşinyanın addımlarında isə buna işarə edən nəsə müşahidə olunmur”.

Politoloq deyir ki, bu gün Paşinyan siyasətdə Rusiyadan tam asılı durumdadır: 

“Amma öz həyatını və ailəsini Rusiyaya tapşırması ona problemlər yarada bilər. Məntiqli olardı ki, Qərbin dəstəyi ilə hakimiyyətə gəlibsə, o ABŞ-dan və Fransadan sığınacaq ala bilər. Daha çox Fransa hökuməti onu dəstəkləyir. Rusiya isə tam əskinə, müharibədən əvvəl Paşinyana təzyiq edirdi. Müharibədən sonra isə vəziyyət dəyişib. Bu gün Putin hakimiyyətinə Paşinyanın hakimiyyətdə qalması sərf edir. Çünki 10 noyabr və 11 yanvar razəlaşmalarını Paşinyan imzalayıb və onun həmin razılaşmaları həyata keçirməyə məcbur edirlər. Paşinyan belə bir halda ölkəni qoyub qaçacağını söyləmək çətindir. Bu gün Ermənistan müxalifəti çox zəifdir və onu devirmək iqtidarında deyil. Hakimiyyətdən onu müxalifətin devirəcəyi mümkün deyil. Paşinyanı vəzifəsindən devirə biləcək yeganə güc Rusiyadır. Moskvaya isə onun iqtidarda qalması daha çox sərf edir. Paşinyan çox ciddi siyasi burulğanın içindədir”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"