"Rusiya sülhməramlıları Azərbaycanın suverenliyini pozurlar" - Narazılıq artır

17 yanvar, 2021 11:43

Türkiyə Dağlıq Qarabağda Rusiya sülhməramlılarının fəaliyyətindən narazıdır. Xarici İşlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında Ankarada sual doğuran məqamları açıqlayıb. Nazir bildirib ki, ilk növbədə Qarabağdakı Rusiya sülhməramlılarının statusuna dair anlaşmanın imzalanması vacibdir.

Azsiyasət.com xəbər verir ki, Çavuşoğlu bölgədəki rus hərbçilərinin sayının anlaşmada əks olunduğundan çox olması barədə Azərbaycandan bir şikayət gəlmədiyini qeyd edib:

"Əsas məsələ Rusiya sülhməramlılarının Laçın dəhlizindən keçidlərə icazə vermək roludur. Halbuki bunun üçün Azərbaycandan da icazə alınmalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hansısa status-kvo təyin olunsa belə, yenə Azərbaycan sərhədləri daxilində olacaq. Ona görə də, Rusiya rəsmilərilə görüşdə Azərbaycandan icazəsiz bunların edilməməli olduğunu bildirdik. “Siz sülhməramlı olaraq varsınız, kimlərin gedib-gələcəyi barədə qərar verməyin məsuliyyəti sizdə deyil” dedik

ADP sədri Sərdar Cəlaloğlu azpolitika.info-ya bildirib ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun bəyanatı mövcud problemləri əks etdirir:

"Doğrudan da Rusiya sülhməramlıları Dağlıq Qarabağda mandatdankənar fəaliyyətlə məşğuldurlar və Azərbaycanın suverenliyini pozurlar. Nazirin dediyi kimi, onların bəlli bir statusu olmalıdır və indi məşğul olduqları bir çox məsələlər Azərbaycan tərəfindən həyata keçirilməlidir. Laçın dəhlizində Azərbaycan ordusunun və gömrük, sərhəd qoşunlarının yerləşdirilməsi, giriş-çıxışa nəzarət olunması vacibdir".

Sərdar Cəlaloğlu bildirir ki, Çavuşoğlu bu açıqlamanı səsləndirərkən Rusiya tərəfinə xəbərdarlıq edib. "Monitorinq Mərkəzinin qurulmasından sonra bu fəaliyyətlərin Azərbaycanın suverenliyi daxilində həyata keçirilməsinə çalışacağını ortaya qoyub".

Azərbaycan bu istiqamətdə nə edə bilər?

Bu suala cavabında S.Cəlaloğlu Azərbaycanın öz müttəfiqi ilə birgə hərəkət etməli olduğunu vurğulayıb.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI