Rus əsgərlərinin Qarabağa girməsini "sülhməramlı" adlandırmaq doğru deyil

20 yanvar, 2021 12:18

Qarabağdakı sülhməramlılara nələri etmək qadağandır? Qarabağdakı Rusiya sülhməramlısı nəyi edə bilər, nəyi edə bilməz? Onların mandatı nə vaxt müəyyənləşəcək?

Hazırda Azərbaycan cəmiyyətini ən maraqlandıran sualları belə qruplaşdırmaq olar. Rusiya xarici işlər naziri Sergey Lavrov yanvarın 18-də keçirdiyi mətbuat konfransında deyib ki, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mandatı məsələsi həll olunur. O bildirib ki, bu məsələ Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli razılaşmasının predmeti olmalıdır.

Siyasi şərhçi Rauf Mirqədirov deyir ki, sülhməramlıların mandatının beynəlxalq yox, üçtərəfli görüşlərin predmeti olması Azərbaycanın marağına uyğyn deyil. “Qarabağ Azərbaycanın ərazisidir. Ermənistan danışıqlarda iştirak edərsə, bu təhlükə yarada bilər”.

Siyasi şərhçi deyir ki, əgər mandatın nüəyyənləşməsində beynəlxalq öhdəçilik olmasa, bu, Rusiyanın monopoliyasının güclənməsi, hətta sonra Türkiyənin nəzərdə tutulan sülhməramlı fəaliyyətinin də məhdudlaşmasına səbəb ola bilər.

“Onları sülhməramlı adlandırmaq olmaz”

Müxalif Real partiyasından deputat Erkin Qədirli öz Facebook səhifəsindən yazır ki, sülhməramlıların yekun məqsədi - barışdırmağa çalışdıqları tərəfləri özlərinin çıxıb gedəcəkləri günə hazırlaşdırmaqdır, amma ruslar bu baxımdan sülhməramlılığa uyğun gəlmirlər, Qarabağda gördükləri işlər buradan getmək niyyətində olmadıqlarını göstərir. Onun fikrincə, indiki halda, Rusiya əsgərlərinin Qarabağa girməsini "sülhməramlı" adlandırmaq doğru deyil:

“Birincisi, sülhməramlı missiyalar hansısa beynəlxalq təşkilatın -məsələn BMT, ATƏT və sairin qərarı əsasında verilmiş mandata görə olur. Sülhməramlı missiya, bir qayda olaraq, bir neçə dövlətə tapşırılır. Bir dövlətə də tapşırıla bilər, amma bu, çox nadir hallarda olur. İkincisi, mandatda sülhməramlı missiyanı icra edənlərin səlahiyyətləri və məsuliyyətləri, eləcə də dəqiq ərazisi göstərilir”.

Rauf Mirqədirov hesab edir ki, indiyə qədər Rusiya sülhməramlılarının yalnız bölgəyə gəlməsi razılaşdırılıb, qalan fəaliyyətlərinin legitim əsası yoxdur: “Onlar qaçqınları qaytara, xəstəxana tikə və sair edə bilməzdilər...”

Rusiya münaqişədə tərəf olduğu halda...

Amerikalı təhlilçi Pol Qobl isə hesab edir ki, Rusiya münaqişəyə tərəf olduğu halda, onun sülh yaradacaq qüvvə olacağını gözləməyə dəyməz. Onun fikrincə, beynəlxalq təcrübədə sülhməramlıların fəaliyyəti başqa cür tənzimlənir:

“Beynəlxalq təcrübədə əvvəlcə münaqişənin nizamlanmasına nail olunur. Ya BMT, ya da kiçik beynəlxalq qrupla. Daha sonra ölkəyə heç bir bağı olmayan sülhməramlılar tapılır. Məsələn, Fələstin İsrail münaqişəsindən sonra yerləşdirilən sülhməramlıların bu bölgəyə heç bir aidiyyəti olmadı. Məsələn, misirlilərə bu işi tapşırmadılar. Hazırda bu işin həlli ATƏT-in Minsk qrupunun münaqişənin nizamlanmasına nail olmasından, daha sonra isə regiona bağı olmayan qüvvələrin sülhməramlı kimi bölgəyə keçirilməsindən keçir. Məsələn, İsveç və ya Braziliya”.

Keçən həftə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da sülhməramlıların statusu məsələsini qaldırmışdı və demişdi ki, Türkiyə Rusiyanı ayrıca olaraq Qarabağdakı Rusiya sülhməramlı qüvvəsinin statusu ilə bağlı razılaşma imzalanmasına təşviq edir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"