NATO Baş katibindən Azərbaycana mühüm dəstək: - "Biz suverenliyə hörmət göstərməliyik"

20 yanvar, 2021 14:21

Paris Beynəlxalq İşlər Məktəbinin keçirdiyi virtual tədbirdə NATO-nun baş katibi Yens Stoltenberq nitq söyləyib. O deyib ki, NATO indiki proqnozlaşdırılmayan dünyada fəaliyyət göstərməlidir.

NATO alyansının internet saytında dərc edilmiş məlumata görə tədbirdə baş katib deyib ki, “indi düşmənlərimiz bizə təkcə mərmilər və təyyarələrlə yox, həm də bot və alqoritmlərlə meydan oxuyurlar”.

Stoltenberqin sözlərinə görə Şimal Alyansı indiyədək təhlükələrə vaxtında cavab vermək üçün çox işlər görüb.

Bu müzakirə zamanı İtaliyanın keçmiş baş naziri Enriko Letta da NATO baş katibinə Qarabağ münaqişəsinin, habelə Donbas və Cənubi Osetiyadakı vəziyyətin siyasi həlli ilə bağlı sual verib.

Yens Stoltenberq suala cavab olaraq deyib ki, “Abxaziyada və Cənubi Osetiyada Gürcüstanın ərazi bütövlüyü və suverenliyi pozulub və bu tamamilə yolverilməzdir”.

Baş katib əlavə edib ki, eyni hərəkət Krımın ilhaqı və Ukraynanın şərqindəki stabilliyi pozmaqla törədilib.

Qarabağ münaqişəsinin həllinə gəlincə də Stoltenberq alyansın dövlətlərin suverenliyinə hörmət bəsləməli olduğunu deyib: “NATO-nun rolu bu ölkələrə dəstək vermək, onları inkişaf etdirmək, islahatlar sahəsində kömək göstərməkdir. NATO müttəfiqləri olaraq biz müxtəlif şəkildə həm Gürcüstan, həm də Ukraynada varıq. Əlbəttə, biz siyasi həll yolu tapmalıyıq. Müxtəlif münaqişlərdə... İstər Moldovada, istərsə də sizin dediyiniz Dağlıq Qarabağda ən əsas mesaj budur ki, biz suverenliyə hörmət göstərməliyik”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"