"Hakimiyyət xalqa, dünya isə Ermənistana tüpürüb" - Sarkisyanın kürəkəni

24 yanvar, 2021 11:13

Ermənistanın Vatikandakı sabiq səfiri, Nikol Paşinyanın ən qatı əleyhdarlarından biri, sabiq prezident Serj Sarqsyanın kürəkəni Mikael Minasyan özünün sosial şəbəkə səhifəsindəki son paylaşımında erməni xalqını ittiham və hətta təhqir edib.

Azsiyasət.com xəbər verir ki, erməni mətbu orqanlarının da dərc etdiyi həmin paylaşımda Minasyan Ermənistanın son dövrlər başına gələnlərdə erməni xalqının heç də Paşinyan hökuməti və beynəlxalq birlikdən az günahkar olmadığını yazıb:

“Xalq öz ölkəsinə tüpürür. Səbəblər fərqlidir. Bir hissəsi ona görə tüpürür ki, ölkədən getməyə hazırlaşır, digər hissəsi nifrət hissindən kor olub, daha bir hissəsi ağrıdan, qeyri-müəyyənlikdən, aclıqdan və kədərdən tüpürür. Ancaq beyni olmayan xoşbəxtlər də var. Buna baxmayaraq, səbəblər fərqli olsa da, nəticə eynidir. Ölkəni parçalayırlar, hər şey verilir, düşmənlər həzz alır, qarşıdurma isə yoxdur...”

Minasyan yazır ki, ermənilər öz ölkələrinə göstərdikləri biganə münasibətə görə, bu gün düşdükləri duruma layiqdirlər: “Xalq ölkəyə, hakimiyyət xalqa, dünya isə Ermənistana tüpürüb. Dünya Artsaxın (Qarabağ-red.) necə məhv edilməsini sakitcə müşahidə etdi, xarici borcun şişirdilməsini alqışladı və bundan pul qazandı, Ermənistanı sürətlə anti-Rusiya platsdarmına çevirir və onu Türkiyənin Avropaya təsirinə qarşı “xırda qəpik” kimi istifadə edir...”

Minasyan yazır ki, müxalifət nəsə etməyə çalışsa da, xalq yerindən tərpənmədi və ona görə də müxalif siyasi qüvvələr küçələrdə xalq üçün “donmaqdan” vaz keçdi. O, yazısında bildirir ki, erməni xalqı bugünkü alçaldıcı duruma düşməyi öz biganə davranışları ilə haqq edib.

Maraqlıdır ki, bütün bunları yazan, Ermənistanın dağılmasına, ermənilərinsə ac-yalavac qalmasına etiraz edən sabiq səfirin özü Avropada lyuks həyat sürməkdə davam edir və daha çox qaynatası Serj Sarqsyanın yığdığı pulları “əritməklə” məşhurdur.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"