Rusiya sülhməramlıları Qarabağda antiterror təlimi keçirlər

25 yanvar, 2021 10:30

Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları müşahidə məntəqələrinin müdafiəsi ilə bağlı mütəmadi təlimlər keçirirlər.

Azsiyasət.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

“Rus hərbçiləri Dağlıq Qarabağdakı müşahidə məntəqələrində xidmət edərkən mütəmadi olaraq antiterror təlimi keçirlər”,- deyə açıqlamada bildirilib.

Həmçinin qeyd olunub ki, Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin müşahidə məntəqələrinin hərbçilərinin atıcı silahlardan və qəlpələrdən qorunması üçün yoxlama məntəqələri blokpostlarla təchiz olunub.