PA-nın şöbə müdiri daha bir partiya sədri ilə görüşüb –Nələr müzakirə edilib?

04 avqust, 2020 23:19

Azərbaycan Respublikasının Prezidenti tərəfindən başlanılan və yeni siyasi mühitin formalaşmasına yönələn genişmiqyaslı islahatlar bilavasitə vətəndaş cəmiyyətinin möhkəmlənməsinə, hakim və müxalif partiyalar arasında konfrantasiyanın aradan qaldırılmasına xidmət edir.

Bu istiqamətdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən 45 siyasi partiya rəhbəri, eləcə də tanınmış ictimai-siyasi fəallar ilə görüşlər keçirilib.

Sadalanan görüşlərdən növbətisi avqust ayının 4 də Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə ilə baş tutub.

Görüşdə erməni qəsbkarlığı, iqtidar-müxalifət həmrəyliyi, dünya azərbaycanlılarının birliyi, pandemiya dövründə görülən iqtisadi-sosial tədbirlər, korrupsiyanın qarşısının alınması istiqamətində aparılan məqsədyönlü işlər, “Siyasi partiyalar haqqında” qanun layihəsi, siyasi partiyaların fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də onların Mərkəzi Seçki Komissiyası qarşısında maliyyə hesabatlılığının təkmilləşdirilməsi məsələləri üzrə müzakirələr aparılıb.

Ə.Vəliyev 12 iyul təxribatına düşmənin növbəti vandallığı kimi qiymət verərək erməni silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüququn prinsiplərinin pozulduğunu – dinc əhali ilə hərbçilər arasında, eləcə də, mülki və hərbi obyektlər arasında fərq qoymalıdığını, kəndlərdə yaşayış evlərinə ciddi zərər dəydiyini diqqətə çatdırıb.

PA-nın şöbə müdiri bildirib ki, mövcud vəziyyət Azərbaycan Respublikası Prezidentinin şəxsi nəzarətindədir və təxribat nəticəsində dəymiş ziyanın müəyyən edilməsi və aradan qaldırılması məqsədilə iyul ayının 20-də sərəncam imzalanıb, bununla əlaqədar yaradılmış işçi qrupun nümayəndələri tərəfindən hazırda Tovuz rayonunda müvafiq müayinələr aparılır və qiymətləndirilmə nəticələri əsasında tədbirlər planı hazırlanaraq ölkə başçısına təqdim olunacaq. Düşmən təxribatına layiqli cavab verilməsinin cəmiyyətdə ruh yüksəkliyi yaratdığını vurğulayan Ə.Vəliyev Azərbaycan Respublikası Prezidentinin çağırışı ilə bir həftə ərzində 50 mindən çox Azərbaycan gəncinin könüllü olaraq Vətəni qorumaq üçün qeydiyyata alındığını, bununla belə Silahlı Qüvvələrimizin tam komplektləşdirildiyini və bu gün əlavə canlı qüvvəyə ehtiyac olmadığını bildirib.

Beynəlxalq miqyasda Azərbaycanın nüfuzunun artmasına diqqəti yönəldən Ə.Vəliyev bir neçə beynəlxalq təşkilatın – 120 ölkədən ibarət Qoşulmama Hərəkatının, 57 ölkədən ibarət İslam Əməkdaşlıq Təşkilatının, 5 ölkədən ibarət Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının açıq şəkildə Azərbaycanı dəstəklədiyini, Ermənistanın çıxılmaz vəziyyətdə müraciət etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının altı üzvündən dördünün sadalanan beynəlxalq təşkilatlarda bu məsələ ilə bağlı qəbul edilmiş bəyanatlar vasitəsilə Azərbaycanın yanında olduğunu vurğulayıb. Ermənistan tərəfinin münaqişənin sülh yolu ilə həllində daim qeyri-adekvat mövqe göstərərək əsassız şərtlər irəli sürdüyünü qeyd edən PA-nın şöbə müdiri erməni silahlı qüvvələrinin işğal edilmiş bütün torpaqlardan çıxarılaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin və vətəndaşlarımızın öz dədə-baba torpaqlarına qayıtmalarının məsələnin həllində Azərbaycan Respublikası Prezidentinin yeganə şərti olduğunu bildirib.

Ermənistanın son təxribatları ilə əlaqədar 47 siyasi partiyanın milli həmrəyliyə dair bəyanat verməsinin xüsusi əhəmiyyətini diqqətə çatdıran A.Mollazadə Azərbaycanın siyasi partiyalarının mütləq əksəriyyətinin Azərbaycan Respublikası Prezidentinin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni təxribatının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəklədiyini ifadə edib.

Partiya sədri Amerika Birləşmiş Ştatları Konqresinin rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımasının, eləcə də torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi faktını təsdiqləməsinin erməni lobbisinə böyük bir zərbə olduğunu diqqətə çatdırıb. Görüşdə koronavirus infeksiyasının qarşısının alınmasında dövlət tərəfindən görülən tədbirlərin əhəmiyyəti vurğulanmaqla yanaşı, pandemiya dövründə Azərbaycan iqtisadiyyatının dayanıqlılığı nəticəsində sosial layihələrin təxirəsalınmadan həyata keçirilməsi, iqtisadi sabitliyin və məşğulluqla bağlı problemlərin həlli üçün 3,5 milyard manatdan artıq dəstək paketinin qəbul edilməsi diqqətə çatdırılıb. Sonda bir daha milli maraqlar naminə ölkə daxilində və xaricində düşmənə qarşı mübarizənin tək cəbhədə aparılmasının önəmi vurğulanaraq həm siyasi partiya rəhbərlərinin həmrəyliyi, həm də azərbaycanlıların dünyanın müxtəlif yerlərində birgə nümayişlər keçirməsi müsbət qiymətləndirilib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"