"Böyük bir işə başlayırıq"  - Bakı, Ankara və Moskvadan kritik həmlə

28 yanvar, 2021 20:44

Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri yanvarın 30-da Moskvada görüşəcəklər.

Azsiyasət.com xəbər verir ki, görüşdə biri Naxçıvanı Azərbaycana, digəri Ermənistanı Rusiyaya bağlayan iki dəmir yolu layihəsi müzakirə ediləcək.

Rusiya Elmlər Akademiyasının baş elmi işçisi Viktor Nadein-Rayevski “Sputnik”ə açıqlamasında bu layihələrin reallaşmasının yalnız Azərbaycan və Ermənistana fayda gətirməyəcəyini, ümumilikdə bütün bölgənin inkişafına töhfə verəcəyini söyləyib.

Azərbaycanın Naxçıvanla əlaqəsinin bu günə qədər yalnız İran ərazisi və ya hava yolu ilə həyata keçirildiyini xatırladan Nadein-Rayevski birbaşa quru əlaqəsinin Bakıya faydalı olacağını qeyd edib:

“Bu layihə həm də Ermənistanın xeyrinədir. Rusiya və Ermənistan arasındakı yolların Azərbaycan üzərindən yenidən açılması son dərəcə vacibdir. Çünki bu, Gürcüstan ərazisindən keçən və ya açılması planlaşdırılan magistral yollardan fərqli olaraq daha etibarlı yoldur. Gürcülərin Abxaziya yolundan istifadə edilməsinə mane olması, Ermənistanın ixracat və idxalının qarşısını ciddi şəkildə alırdı.

Buna görə də açılacaq dəhlizlər həm Ermənistanın inkişafına kömək edəcək, həm də tranzit haqqı, xidmət işçiləri və bir çox digər məsələlərə görə Azərbaycan üçün son dərəcə faydalı olacaq. Bu, ölkələrdə məşğulluğun artmasına və ümumilikdə bölgə iqtisadiyyatının aktiv inkişafına kömək edəcək”.

O, bu xətlərin Türkiyəyə də fayda gətirəcəyini söyləyərək, Türkiyənin Ermənistan üzərindən türk dünyası ilə birbaşa quru əlaqəsinin bərpa ediləcəyini bildirib:

“Böyük bir işə başlayırıq. Məsələnin kommersiya hissəsi bu dəhlizlər vasitəsilə yönəldilən yük trafikindən asılı olacaq. Düşünmürəm ki, Qafqaz ölkələrinin infrastrukturu bu cür yük trafikinə tamamilə hazırdır. Bu mənada , xüsusən də Ermənistanın durumu yaxşı olmaqdan çox uzaqdır. Ayrıca, çox güman ki, Ermənistan dəmir yolları tikməyə pulu da yoxdur. Bildiyim qədər, əvvəllər dəmir yolları var idi, amma indi relslər bir çox yerlərdə sökülüb”.

Rayevski qeyd edib ki, layihələrin həyata keçirilməsi və gələcəyi müvafiq tərəflərin davranışlarından asılıdır: “Bu layihələrin uğurlu olmasının şərtlərindən biri tərəflərin öhdəliklərinə riayət etməsidir. Marşrutların gələcək inkişafı bir çox cəhətdən onların təhlükəsizliyindən asılıdır. Hesab edirəm ki, bu məsələni də həll etmək mümkündür”. 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"