"Bayraktar" hədəfi 8 yox, 15 kilometrdən vuracaq - "Onlar bizi vurmadan biz onları vura biləcəyik"

29 yanvar, 2021 00:30

Türkiyənin ROKETSAN şirkəti Qarabağ müharibəsinin də təcrübəsini nəzərə alaraq MAM-L “ağıllı” raketinin mənzilini iki dəfə artırıb. Türkiyə KİV-ləri xəbər verir ki, “Bayraktar TB2” , habelə bu ildən seriya istehsalı başlayan, daha üstün göstəricilərə və döyüş imkanlarına malik olan “Akıncı” və “Aksungur” pilotsuz döyüş təyyarələrinin əsas silahı olan bu raketlər indi hədəfi 8 kilometr məsafədən deyil, 15 kilometrdən vura biləcək.

MAM-L raketinin hədəfə lazerlə yönləndirilən versiyası 8 kilometr, naviqasiya sistemləri üzərindən yönləndirilən versiyası 14 kilometr mənzilə malik idi. İndi isə raketin lazer başlıqlı versiyasının mənzili iki dəfə artırılır.

Müdafiə siyasəti məsələri üzrə analitik Turan Oğuz TRT Haber-ə bildirib ki, ilk baxışdan raketin mənzilinin artırılması bəsit məsələ kimi görünə bilər. Lakin MAM-L raketlərinin pilotsuz döyüş təyyarələrinin əsas silahı olduğunu nəzərə alanda raketin mənzilinin artırılması hərb sahəsində yeni dönüş mərhələsidir. Çünki raketin mənzilinin artırılması sayəsində “Bayraktar TB2” və silahlanmaya tezliklə daxil ediləcək digər döyüş pilotsuz təyyarələri düşmənin kiçikmənzilli havadan müdafiə sistemlərinin təsir radiusundan çıxmış olur.

“Dünyada mövcud olan kiçikmənzilli havadan müdafiə sistemlərinin təsir radiusu 10-15 kilometr təşkil edir. Lakin bu o demək deyil ki, həmin sistemlər hədəfi 15 kilometrdən vura bilir. Söhbət ən yaxşı şərtlərdə hədəfi vurmaq məsafəsindən gedir. Ona görə də Türkiyənin döyüş pilotsuz təyyarələri həmin sistemlərin təsir radiusundan kənara çıxacaq. Onlar bizi vurmadan biz onları vura biləcəyik. Yəni rusların və NATO-nun istifadə etdiyi qısa mənzilli havadan müdafiə sistemlərinin təsir radiusunun xaricinə çıxmış olduq”,- analitik deyib.

Xatırladaq ki, MAM-L və MAM-C “ağıllı” raketləri ilə silahlanmış (cəmi 4 raket) “Bayraktar TB2” döyüş pilotuz təyyarələri ötən il əvvəlcə Suriyada, daha sonra Liviyada hərbi əməliyyatların gedişatını Türkiyənin xeyrinə dəyişdirib. 

Bu silahların tətbiq edilməsi Suriyada Əsəd rejimini və onu dəstəkləyən qüvvələri, habelə Liviyada qiyamçı feldmarşal Haftarı atəşkəsə məcbur edib. Daha sonra “Bayraktar TB2” daşıdığı bu raketlərlə 44 günlük Qarabağ müharibəsində geniş tətbiq edilib və Azərbaycan ordusuna qələbəni qazandıran silahlardan biri kimi tarixə düşüb.

Turan Oğuz deyir ki, indiyədək Türkiyə döyüş pilotsuz təyyarələri “oyunu dəyişdirirdi”, indi isə onlar özləri “oyun quracaq”. “Türkiyə döyüş pilotsuz təyyarələrinə qarşı müdafiə sistemləri yaratmağa çalışan ölkələr planlarını başdan dəyişdirməli olacaqlar”,- o qeyd edib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"