Qarabağ ermənilərindən yeni təxribat: nə etməli?

31 yanvar, 2021 11:21

Qarabağ ermənilərinin təxribatları olub, var və olacaq. Özü də bu təxribatlar həm Azərbaycana, həm azərbaycanlılara, həm də Rusiya sülhməramlılarına qarşı yönəlmiş təxribatlardır.

Azsiyasət.com xəbər verir ki, bu barədə axar.az-a tanınmış rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov Qarabağda ermənilərin yeni təxribatları barədə məlumatları şərh edərkən deyib.

“Xatırlayırsınızsa, Rusiya sülhməramlılarının Qarabağda yerləşməsindən 4-5 gün keçəndən sonra ermənilər onların komandanlığına tort təqdim etdi, sonra isə Xankəndi-Şuşa su kanalını partlatdılar. Ötən həftə onlar azərbaycanlı inşaatçıları Kəlbəcərə buraxmırdılar və iş o yerə çatdı ki, sülhməramlı kontingentin komandanı general Muradov məsələyə qarışmalı oldu. İndi isə emənilər Kəlbəcərə tikinti materiallarını daşıyan böyük yük maşınlarını mühasirəyə alıblar, internetdə də bu maşınların Rusiya sülhməramlıları tərəfindən buraxılmaması haqda tamamilə təxribat xarakterli videolar yayılır”, - Kuznetsov bildirib.

Onun sözlərinə görə, Qarabağ erməniləri Rusiya sülhməramlılarının müdafiəsi altında özlərini təhlükəsiz hiss edirlər, cəzalarını almayacaqlarını bilib, həyasızlıq göstərirlər:

“Əgər Rusiyanın hərbi qulluqçuları olmasaydı, əminəm ki, azərbaycanlı sürücülər yollarını kəsən etirazçılara belə rahat davranmağa imkan verməzdi, bütün dünyada olduğu kimi, onları döyüb, maneələri maşınları ilə keçərdilər. Lakin Rusiya sülhməramlılarının olması faktı Azərbaycan sürücülərinə bunu etməyə imkan vermir və onlar sülhməramlıların müdaxiləsini gözləyir.

Aydındır ki, Qarabağ ermənilərinin mühiti dağılıb və onlar reallıqla barışmaq istəmirlər, bu da daxili etirazlara səbəb olur. Reallıq dəyişdi və onlar buna alışmalı və ya ayılmalıdır, hələ ki, bunun üçün imkanları var. Görünür, sülhməramlılar Qarabağ ermənilərinin əsas kütləsini tərksilah edib, onlar künc-bucaqdan atəş açmaq imkanından məhrum olaraq, futbolda olduğu kimi, rəqibə mane olmaq üçün xırda fol taktikasına əl atmağa başlayıblar.

Prinsipcə, bu hərəkətlərdə yeni heç nə yoxdur və Azərbaycan tərəfi bu cür xırda təxribatlara daim hazır olmalıdır. Qarabağ erməniləri hələ də sadəlövhcəsinə hesab edirlər ki, onlar Qarabağ torpağının ayrılmaz sahibidirlər, lakin bu, belə deyil və gec-tez onlar bu reallıqla barışmalı olacaqlar. Hazırda Qarabağ erməniləri üçün şok və çox ağrılı olan hadisə baş verir - onların psixoloji stereotipləri dağılır. Bu da öz növbəsində refleks doğurur və dağılan mifi qorumaq istəyini üzə çıxarır.

Tamamilə aydındır ki, biz hamımız su kəmərinin partlamasından tutmuş nasist Njdenin heykəlinin açılış mərasiminə və yük maşınlarının hərəkətinin bloklanmasına qədər əvvəldən planlaşdırılmış təxribatlar seriyasının canlı şahidiyik. Lakin burada bir məqama diqqət yetirmək istəyirəm: vəziyyətə qərəzsiz baxsaq, belə çıxır ki, bütün bu təxribatlar Qarabağ ermənilərinin bu gün maddi resurslara deyil, insanların emosiyalarına və enerjisinə əsaslanır. Əslində uzun müddət qəzəblənmək psixi və fiziki enerjinin tükənməsinə qədər mümkündür, bundan sonra mütləq şəkildə frustrasiya yaranır. Və bu vəziyyətdə təbiətlə mübahisə edə bilməzsiniz. Qarabağ erməniləri hələ ki, bu təbii-bioloji qanunun təsirini hiss etməyiblər, lakin tezliklə edəcəklər. Etiraz yalnız reaksiya verildikdə effektivdir və əgər ona məhəl qoyulmursa, o zaman o özü-özünə yox olur.

Qarabağ erməniləri bir və ya iki ay sonra yorulacaq, bahar ərəfəsində təsərrüfat mövsümü başlamadıqda isə onlar Qarabağda olmalarının perspektivsizliyini görəcək və tədricən həyatlarını Rusiyanın humanitar yardımı hesabına keçirməyin mümkünsüzlüyünü anlayacaqlar...”

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"