Dağlıq Qarabağla bağlı ilginc məqamlar: Metyu Brayza ilə maraqlı MÜSAHİBƏ

01 fevral, 2021 00:22

ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza "Amerikanın Səsi"nə müsahibədə Birləşmiş Ştatların yeni administrasiyasının xarici siyasət prioritetləri, ABŞ-ın Rusiya ilə münasibətlərinin region ölkələrinə mümkün təsirləri və Amerika-Azərbaycan münasibətlərindən gözləntiləri şərh edib.

Azsiyasət.com həmin müsahibəni təqdim edir:

- Vaşinqtonda yeni administrasiyanın gəlişi ilə bir çoxları qlobal super gücün hansı kurs götürdüyünü bilmək istəyir və xarici siyasətdə dəyişiklik gözləyir. Bəzi təhlilçilər Bayden administrasiyası dövründə ABŞ-ın Cənubi Qafqaz regionu ilə bağlı siyasətində az dəyişikliyin olacağını düşünür. Siz necə hesab edirsiniz?

- Adətən ən adi cavab budur – az dəyişiklik. Fikrimcə, daha qəbul edilmiş cavab budur ki, danışmaq hələ tezdir. Amma mən bəzi dəyişikliklərin olacağını düşünürəm. Dəyişikliklər olacaq. Mən hesab edirəm ki, bu dəyişikliklərdən bəziləri neqativ yanaşmadan daha pozitiv yanaşmaya və ya ümumiyyətlə yanaşmaya necə keçməkdən ibarət olacaq. Çünki, Tramp administrasiyası dövründə Cənubi Qafqaz regionuna prezident səviyyəsində bir yanaşma yox idi. Trampın hərtərəfli strategiyası yox idi. Bəli, Çin və Rusiyanın ABŞ-ın strateji rəqibləri kimi müəyyən edildiyi milli təhlükəsizlik strategiyası var. Bu doğrudur. Ancaq Cənubi Qafqaza gəldikdə düşünürəm ki, Ermənistan və Azərbaycan sərhədlərində yayda baş verən qarşıdurmalardan sonra ABŞ-ın aktiv diplomatik fəaliyyət göstərmədi. Bu isə o deməkdir ki, təkcə Tramp administrasiyası deyil, hətta Obama administrasiyası dövründə də Birləşmiş Ştatların Cənubi Qafqazla bağlı yüksək səviyyədə planları olmayıb. Azərbaycan və Ermənistana gəldikdə, düşünürəm ki, başlanğıcda hər şey əvvəlki kimi qalacaq.

Bayden və sonra da dövlət katibi vəzifəsinə namizədi Toni Blinkenin Türkiyə və Cənubi Qafqaz, Türkiyə və Azərbaycan arasında münasibətlərlə əlaqəli tam təsəvvürləri yoxdur. Belə görünür ki, Türkiyə öz addımlarını öz mənafelərinə görə atıb. Türkiyə bəzən NATO maraqlarını nəzərə almayıb. Türkiyənin Dağlıq Qarabağda Azərbaycana dəstəyi Vaşinqton tərəfindən Türkiyənin aqressivliyinin bir əlaməti kimi qiymətləndirilə bilər. Bu mənada aqressiya Azərbaycana da aid edilir. Eləcə də, prezident seçki kampaniyasından yenicə çıxmışıq və əlbəttə ki, erməni diasporunun səsi çox aydın eşidilir. Bu Vaşinqtonda yüksək rezonans yaradır. Prezident Baydenin “siyasi qəlbində” Ermənistan və Yunanıstan həmişə zəif yerlər olub və düşünürəm ki, bu, bir çox cəhətdən ABŞ-ın daxili siyasətindən qaynaqlanır. Lakin həftələr və aylar keçdikcə, Prezident Baydenin dünyaya baxışı sistematik və strateji düşüncəyə əsaslandığı zaman dəyişikliyin olacağını düşünürəm.

Onun NATO və transatlantik əməkdaşlığı ABŞ-ın xarici siyasətinin mərkəzi elementi kimi ortaya çıxacaq. Yalnız o zaman ABŞ-ın yenidən Cənubi Qafqazda bəlkə də daha aktiv rol oynaya biləcəyini görə bilərik. Amma Corc Buşun oynadığı qədər deyil. O zaman biz Gürcüstanın NATO-ya üzvlük yolunu tutmasına kömək etmək üçün Gürcüstanda daxili islahatların inkişaf etdirilməsinə və Dağlıq Qarabağda danışıqlar prosesində irəliləyişə nail olmaq məqsədilə əlimizdən gələni etmək üçün aktiv şəkildə çalışırdıq. Düşünmürəm ki, Bayden daha aktiv olacaq. Düşünürəm ki, Cənubi Qafqazın ABŞ üçün nə qədər mühüm olduğuna dair bu strateji hesabat yenidən Prezident Baydenin diqqət mərkəzində olacaq.

- ABŞ-Azərbaycan münasibətlərinin hansı aspektlərinin dəyişməz qalacağını düşünürsünüz?

- İstər Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan dəhlizləri, istərsə də ABŞ ilə Əfqanıstan arasındakı hava dəhlizi Azərbaycanı Vaşinqton üçün əvəz olunmaz tərəfdaşa çevirir. Yəni bu, daim əhəmiyyətini itirməyəcək strateji amillər kimi qalacaq. Eyni zamanda, İranla gərginliyin necə aradan qaldırılması və münasibətlərin necə yaxşılaşdırılması məsələlərində də Azərbaycanın müstəsana rolu ola bilər. Nəzərə alaq ki, İranda etnik azərbaycanlılar güclü faktordur. Biz İkinci Dağlıq Qarabağ müharibəsi zamanı İranın şimalında etnik azərbaycanlı duyğularının nə qədər güclü olduğunun şahidi olduq.

Mən həmçinin düşünürəm ki, ABŞ Suriyada vəziyyəti sabitləşdirmək, DAEŞ və ya İslam Dövlətinin birdəfəlik məğlub olmasına əmin olmaq üçün və eləcə də şiə İranın terrorizmə, Hizbullah və hərbi dəstələrə dəstəyinə qarşı mübarizədə irəli getdikcə Azərbaycanın nə qədər xüsusi bir ölkə olduğunu özü daha aşkar hiss edəcək. Bu, əhalisinin əksəriyyəti şiə olan, dini müxtəlifliyə və fərqli dinlərə hörmətlə yanaşan ölkədir. Belə ki, hamımız ölkədə tarixi, çiçəklənən yəhudi və xristian icmalarının, pravoslav, protestant icmalarının olduğunu bilirik. Mən Azərbaycanda yaşadığım zaman Roma Katolik icmasının üzvü idim.

Bu, Azərbaycan üçün qeyri-adi və demək olar ki, fövəladə bir faktordur. Söhbət Bayden administrasiyası tərəfindən Azərbaycandan İranda dəyişikliyə təsir göstərmək üçün nə vaxtsa bir vasitə kimi istifadə etməsindən getmir, mən demək istəyirəm ki, Bayden administrasiyası Buş administrasiyası dövründəki kimi Azərbaycanın özəl və dəyərli olduğunu yenidən kəşf edəcək.

Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, düşündüyüm bir məsələ davam edəcək. Mənə elə gəlir ki, Bayden administrasiyası Minsk Qrupunun Dağlıq Qarabağın hələ də ermənilərin nəzarətində olan hissələrində hüquqi statusun dəyişdirilməsi ilə bağlı danışıqların davam etdirilməsi kimi ənənəvi istəyini davam etdirmək istəyəcək. ABŞ bu məsələnin Madrid prinsipləri çərçivəsində həllinin tərəfdarıdır. 10 noyabr razılaşması Madrid prinsiplərinə çox yaxındır. Lakin Dağlıq Qarabağın status məsələsi noyabrın 10-da nəzərə alınmayıb. Razılaşma noyabrın 10-da qüvvəyə mindiyi gündən dərhal sonra Fransa xarici işlər naziri ictimaiyyət qarşısına çıxaraq bildirdi ki, Minsk Qrupu yenidən işə qayıtmalıdır və Dağlıq Qarabağın məqbul, yekun hüquqi statusu ilə bağlı yenidən danışıqlara başlamalıdır. Vaşinqtondan da buna bənzər açıqlamalar verildi. Lakin Azərbaycan hökuməti və yaxud Rusiya hökuməti üçün bu məsələ artıq həll edilib. Ermənistan müharibədə məğlub olub.

- Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar Rusiyanın vasitəçiliyi ilə Minsk Qrupunun iştirakı olmadan atəşkəs razılaşmasının imzalanması ilə sona çatdı. Minsk Qrupunun sülh prosesinin növbəti mərhələsində hansısa rolu ola bilərmi və bu nədən ibarət ola bilər?

- Bunu hələ müəyyənləşdirmək lazımdır. Vaşinqton və Parisdə düşünürlər ki, onların əsas funksiyası Dağlıq Qarabağın yekun hüquqi statusu ilə bağlıdır. Digər tərəfdən bu dövlətlər indiki sülhməramlı qüvvələrin çoxtərəfli qüvvələrə çevrilməsində çox maraqlıdır.

Bütövlükdə Rusiya sülhməramlılarının Azərbaycanda mövcudluğu qəbuledilməzdir. Noyabrın 10-da döyüşən tərəfləri dərhal ayırmağa hazır olan sülhməramlı qüvvələrin olması həqiqətən vacib idi. Rusiya orada idi. Düzdür, Rusiya uzun müddətdir ki, sülhməramlı qüvvələrini Azərbaycan ərazisində yerləşdirmək istəyirdi. Amma Rusiya sülhməramlıları həqiqətən də atəşkəs rejimini lazımi şəkildə möhkəmləndirərək, bu günə qədər olduqca yaxşı iş görürlər.

Lakin zaman keçdikcə burada risklər də var. Əgər ilk beş illik müddətin başa çatmasına az vaxt qaldıqda ruslar ikinci beş illik müddət istəsə, bu ciddi narazılığa səbəb olacaq. Nəzər alaq ki, Türkiyə əsgərləri də sülhməramlı qüvvələr kimi o zamanadək Azərbaycanda qalacaq.  Yada salaq ki, Prezident Bayden dünən bir sıra məsələlərdə Prezident Putinlə qarşı-qarşıya gəlib. Ümid edirəm ki, Bayden administrasiyası Rusiya ilə sülhməramlılar məsələsində konfrontasiyaya getməsə də, çoxtərəfli sülhməramlı qüvvələr məsələsini ABŞ-Rusiya gündəminin əhəmiyyətli bir mövzusuna çevirəcək.

- Rusiya və İranın ABŞ-ın xarici siyasətində diqqət mərkəzində olacağı gözlənilir. Rusiyanın diqqət mərkəzində olduğu nəzərə alınsa, ABŞ və Rusiya arasında münasibətlərin region ölkələrinə hansı təsirləri ola bilər?

- Düşünürəm ki, əgər Prezident Bayden Rusiya ilə münasibətlərdə qəti mövqedə qalsa, ABŞ-ın nə gözlədiyini açıq bildirsə, Prezident Trampın etdiyi şeyləri etməsə, ABŞ-Rusiya əlaqələri yaxşılaşacaq. Düşünürəm ki, Bayden administrasiyası Rusiya ilə daha çox proqnozlaşdırıla bilən, əməkdaşlıq deməzdim, amma daha az qarşıdurma olan əlaqələr quracaq. Çünki Prezident Putinin daha əvvəlki kimi cazibədar imkanları olmayacaq.

Mən bir məqamı da qeyd etmək istərdim. Hesab edirəm ki, Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərin və Dağlıq Qarabağın bərpası, Azərbaycanın Ermənistanla birlikdə işləmək və Ermənistanın iqtisadi cəhətdən inkişafına kömək etmək, bütün tranzit yolları açmaq, Ermənistanın yaxın gələcəkdə infrastruktur layihələrinə inteqrasiyasına kömək etmək istəyinə açıq yanaşması həqiqətən ABŞ və Rusiyanın əməkdaşlıq edə biləcəyi bir məsələ ola bilər. Bu, ABŞ-Rusiya münasibətlərinin yaxşılaşdırılması üçün mərkəzi təşəbbüslərindən biri ola bilər. Aydındır ki, Rusiya Ermənistanla münasibətlərini bərpa etmək istəyir. Ermənistan özünü Rusiya tərəfindən xəyanətə uğramış kimi hiss edir. Rusiya açıq-aydın Azərbaycanda daha güclü təsirə malik olmaq istəyir. Hesab edirəm ki, Rusiya Ermənistanın bölgəyə inteqrasiyasına kömək etmək üçün əhəmiyyətli investisiyaları çox böyük məmnuniyyətlə qarşılaya bilər. Buna görə də Azərbaycanın moderator kimi vəziyyəti müsbət tərəfə doğru dəyişmək imkanı var.

19 dekabr

09:54 - Avropa İttifaqı Ukraynaya 90 milyard avro ayırdı 09:52 - Neft məhsullarının Ermənistana daşıyan qatar Qazaxdan yola salındı09:49 - Neft yenə 60 dollardan aşağı düşdü

16 dekabr

14:17 - Rusiya Zəngəzur dəhlizinə nəzarət etmək istəyir - AÇIQLAMA14:14 - Abbas Abbasov axtarışa verildi - "Mehdiyev işi"14:12 - Müharibə əlilləri və şəhid ailələri - Bu rüsumdan azad edilir

15 dekabr

16:19 - THY-nin Bakı nümayəndəliyi işçiləri gecə məcburi işə çıxarıb, ödəniş etməyib16:16 - Ukrayna-ABŞ danışıqlarının ikinci raundu başladı16:12 - İrəvan Brüsselə üz tutdu - Parlament seçkiləri ərəfəsində "xarici müdaxilə" həyəcanı16:11 - Azərbaycanda idxal-ixrac və tranzit də rəqəmsallaşır 16:04 - Prezidentdən amnistiya təşəbbüsü - 20 mindən çox şəxsə şamil olunacaq

12 dekabr

19:55 - "Veysəloğlu" Şirkətlər Qrupu Fəxri Xiyabanda Ümummilli Liderin məzarını zyarət edib - FOTOLAR

09 dekabr

18:52 - AZAL təyyarəsinə dair yeni açıqlama - Faciənin ildönümü 18:45 - "Ukraynada prezident seçkilərinin vaxtı çatıb" - Tramp18:40 - Veysəloğlu Şirkətlər Qrupu "Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi" kitabının təqdimatında iştirak edib - FOTOLAR

08 dekabr

12:05 - Azərbaycanlı milyarderin işində gizli şahid ortaya çıxdı12:02 - İlham Əliyev iranlı naziri qəbul etdi 12:00 - Rusiya ordusu sürətlə irəliləyir... - "Telegraph"

02 dekabr

13:17 - Zelenski istefa verir? 13:12 - Quru sərhədlərin açılması məsələsi gündəmə gəldi13:10 - Rusiya Pokrovsk və Vovçanska nəzarəti ələ keçirdi

01 dekabr

11:48 - Regionda ən bahalı mobil telefon tarifləri Azərbaycandadır - "Numbeo" 11:46 - Azərbaycanla həmsərhəd ərazidə ŞƏT-in təlimləri başlayır11:43 - Əli Kərimli hansı maddə ilə ittiham edilir?

27 noyabr

14:23 - İlham Əliyev mineral daş yunu zavodunun açılışında...14:20 - "Rusiyanın raket gücü Qərbi Ukrayna üzrə sülhə razı saldı" - "The New York Times" 14:18 - "ABŞ-nin sülh planının əsas məqamları razılaşdırılıb, top Ukrayna tərəfdədir" - Lukaşenko14:15 - Deputatın oğlu bu dəfə 31 milyonluq tender qazandı

24 noyabr

10:21 - Putin Trampın "Sülh Planı"na münasibət bidirdi10:19 - İran Azərbaycanın tankerini saxlayıb?