"Həbs ediblər, əmlakları müsadirə olunub, amma yenə öz bildiklərini edirlər" - - Vahid Əhmədovla MÜSAHİBƏ

01 fevral, 2021 12:57

Azsiyasət.com Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun yenisabah.az-a verdiyi müsahibəni təqdim edir: 

- Vahid müəllim, bildiyiniz kimi, ötən gün içməli suyun da qiyməti qaldırıldı. Qiymət artımını nə ilə əlaqələndirirsiniz?

- Bəziləri yanacaq və benzindən sonra suyun qiymətinin artmasının heç bir şeyə təsir etməyəcəyini deyir. Amma düzgün yanaşma deyil. Çünki strateji əhəmiyyəti olan məhsulun qiyməti artanda bu, Azərbaycanda istehsal olunan digər ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinə də öz təsirini göstərir. Məlumdur ki, yanacağın qiymətindəki dəyişiklikdən sonra qida məhsullarının qiymətində çox ciddi artım baş verdi. Mən özüm bu müddət ərzində marketlərdə olmuşam, elə yerlər var ki, qiymət iki dəfə artıb. Amma burada ciddi, diqqət yetirilməli olan bir məqam var. Qiymət artımı o məhsula təsir etməlidir ki, onun maya dəyəri artır və Azərbaycanda istehsal olunur. Biz isə fərqli məqamları da müşahidə edirik. Yəni elə məhsullar var ki, onları xaricdən idxal edirik, buna baxmayaraq, onların da qiymətini artırırlar. Obyektiv və subyektiv qiymət var. İdxal olunan məhsulların qiymətinin artması subyektivdir. Suya gəldikdə isə o, faktiki olaraq hər yerdə istifadə olunur və demək olar ki, hər bir məhsulun maya dəyərində yer tutur. Ona görə də digər məhsul qiymətlərinə müəyyən qədər təsirini göstərəcək. Biz 2021-ci ilin dövlət büdcəsində pensiya, əməkhaqqı və müavinətləri təyin etmişik. Amma artıq qiymət artımı ilə əlaqədar bu məsələlərə təkrar baxmaq lazımdır. Digər tərəfdən isə bunu da nəzərə almalıyıq ki, müharibədən təzə çıxmışıq, həll olunması vacib olan müəyyən işlərimiz var ki, onlara 10 milyardlarla vəsait gedəcək. Həmçinin kifayət qədər böyük vəsaiti hazırda qazilərə, şəhid ailələrinə veririk.

- Vahid müəllim, hazırkı məsələ ilə bağlı səsləndirilən iddialardan biri də budur ki, Azərbaycan müharibədən yeni çıxdığı üçün xərclənən vəsaitləri kommunal xidmətlərin qiymətini artırmaqla əhalinin cibindən çıxarırlar. Bu fikirlər nə qədər əsaslıdır?

- O fikirləri mən də oxuyuram. Amma bilməliyik ki, müharibədən çıxan dövlət hətta müəyyən qədər əhalinin kommunal xərclərini azaldır. Belə praktika dünyada var. Çünki müharibə nəticəsində ciddi problemlərlə üzləşilir. Digər tərəfdən hazırda koronavirusla əlaqədar problemlər var. Burada ən ciddi məsələ korrupsiya və rüşvətxorluqdur. Bu məsələnin öhdəsindən gələ bilməsək, əlbəttə, Azərbaycanda ciddi problemlər yaşanacaq.  Düzdür, dövlət başçısı korrupsiyaya qarşı mübarizə elan edib. Bəzi şəxsləri həbs ediblər, əmlakları müsadirə olunub. Amma bu məsələ bitmir, öz işləri ilə məşğul olmağa davam edirlər. Azərbaycandan xaricə kifayət qədər vəsait çıxarılır. Burada nəzarət mexanizmi niyə zəifdir? Mən bir neçə dəfə demişəm, maliyyə aministiyası tətbiq etmək lazımdır ki, insanlar xaricdə saxladıqları vəsaitləri Azərbaycana gətirsinlər, onları cəmiyyətin inkişafına, evlərin tikintisinə yatırsınlar. Nə istəyirlər etsinlər, amma terrorizmə, narkotik maddə istehsalına  həmin vəsaiti yönəltmək olmaz. Belə qanunlar qəbul olunmasına ehtiyac var. Çünki bir sıra dövlətlərdə artıq maliyyə aministiyası tətbiq olunub. Bütün bunlardan yola çıxaraq qiymət artımı kimi məsələləri korrupsiya hallarının kifayət qədər çox olması ilə əlaqələndirirəm.

- Bir müddət əvvəl yanacağın, indi isə suyun qiymətinin artması fonunda digər kommunal xidmətlərin də qiyymətinin artması gözlənilirmi?

- Bu məsələlər müzakirə olunur. Qiymət birdən-birə artırılmır. Dövlət büdcəsindən gələn gəlirlərə, xərclərə baxılır. Burada isə problemlər çoxdur. Ona görə də ümumiyyətlə,  2021-ci ildə digər qiymət artımını gözləmirəm. Çünki bu il təkcə yanacağın qiymətinin artması digər məhsulların qiymətinə çox ciddi təsir etdi. Bunun qarşısını almaq üçün isə ciddi işlər görmək, nəzarət mexanizmini daha da gücləndirmək lazımdır.

- Bahalaşma insanların sosial durumuna necə təsir edəcək?

- Müharibə ilə yanaşı bir ildən artıqdır ki, biz pandemiya dövründə yaşayırıq. Virus səbəbilə də ciddi problemlər ortaya çıxıb. Lakin bizim ödədiyimiz müəyyən müavinətlər kifayət qədərdir. Amma yenə də bahalaşma hər bir ailənin büdcəsinə ciddi təsir edəcək.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"