"Azərbaycan beynəlxalq hüquqla tanınan ərazilərini azad edib" - Fransız jurnalist

02 fevral, 2021 20:51

Fransanın “Atlantico” portalında jurnalist Sebastyan Bussuanın “Dağlıq Qarabağ: 27 il əvvəl didərgin salındıqları torpaqlara qayıtmaq istəyən köçkünlərlə görüş” adlı məqaləsi dərc edilib.

Azsiyasət.com xəbər verir ki, məqalədə deyilir ki, bu, faciəli insan hekayəsidir.

Otuz il əvvəl Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən torpaqları işğal edilmiş və doğma evlərindən didərgin salınmış 800 minə yaxın azərbaycanlı məcburi köçkün ötən müddət ərzində qayıdışlarını gözləyiblər. Ermənistanla 44 günlük müharibədə qələbə qazanan Azərbaycan beynəlxalq hüquqla tanınan ərazilərini azad etdi. Torpaqları azad edilən yüz minlərlə azərbaycanlı tezliklə Zəngilan, Qubadlı və digər rayonlardakı evlərinə qayıtmaq arzusu ilə yaşayır. Onlar 30 ildən sonra yeni həyat qurmağı xəyallarında canlandırırlar.

Jurnalist Azərbaycanın azad etdiyi şəhərlərin və kəndlərin ermənilər tərəfindən dağıdılmasından da bəhs edir. Bildirir ki, yaşayış məskənləri ölüm kabusuna çevrilib, məscidlər tövlə kimi istifadə olunub, kitabxanalar talan edilib. Azərbaycan hökuməti dağıdılmış ərazilərdə infrastrukturun bərpasına başlayıb.

Bakıda yaşayan minlərlə məcburi köçkünün doğma yurdlarına qayıtmaq arzularından bəhs edən fransız jurnalist məqaləsində onların bəzilərinin fikirlərinə yer verib. Rəsul və Aygün köçkünlük həyatlarından, Ermənistanın işğalı nəticəsində doğma yurdlarından didərgin düşmüş həmvətənlərimizin yaşadıqları faciələrdən danışıblar. Onlar işğal nəticəsində dağıdılmış kəndlərini, evlərini yenidən qurmaq arzusu ilə yaşadıqlarını bildiriblər.

Məqalədə qeyd edilir ki, bu insanlar üçün ölkələri Azərbaycanın qələbəsi Prezident İlham Əliyevin qələbəsidir, eləcə də bütün köçkünlərin qələbəsidir.

Onlar tarixdə heç də bütün köçkünlərin belə bir fürsət əldə etmədiklərini, doğma yurdlarına qayıtmaq üçün səbirsizliklə gözlədiklərini qeyd edib, qayıdış planlarından, yeni həyat quracaqlarından danışıblar.

Fransız jurnalist yazır ki, söhbət etdiyi azərbaycanlı məcburi köçkünlərdə ermənilərə qarşı nifrət görmədi. O qeyd edir ki, əvvəllər bölgədə hökm sürmüş harmoniya zamanla yenidən bərpa olunacaq.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"