ABŞ ordu komandanı Rusiya və ya Çinlə nüvə müharibəsinin mümkün olduğunu bildirir

03 fevral, 2021 17:03

ABŞ Silahlı Qüvvələrinin Strateji komandanlığının başçısı, admiral Çarlz Riçard Rusiya və ya Çinlə nüvə müharibəsinin mümkünlüyü haqda danışıb. Admiral bu haqda ABŞ Hərbi Dəniz İnstitutunun rəsmi nəşri üçün yazdığı məqalədə bildirir.

Onun sözlərinə görə, SSRİ-nin dağılmasından bu yana Pentaqon nüvə nəhəngi ilə birbaşa hərbi toqquşma imkanlarını nəzərdən keçirməyə ehtiyac görmürdü, amma hazırda situasiya dəyişib.

“Real imkan mövcuddur ki, əgər onların mövqeyinə görə adi silah növlərinin tətbiq edilməsi ilə endirilən zərbələr siyasi düzənə və ya dövlətə təhdid yaradarsa  Rusiya və ya Çinlə regional böhran sürətlə nüvə silahından istifadə olunmaqla münaqişəyə çevrilsin”,-admiral Riçard yazır. O, əlavə edir ki, Vaşinqton ehtimal olunan rəqiblər tərəfindən nüvə silahının istifadəsi imkanlarını istisna etməməlidir.

Admiral  ABŞ-ın başının terrorçuluqla mübarizəyə qarışdığı bir vaxtda Rusiya və Çinin “aqressiv siyasət” aparmağa başladığını qeyd edir. Onun fikrincə, həmin ölkələr beynəlxalq normalara güc vasitələrindən istifadə etməklə soyuq müharibə dövründən bu yana görünməmiş miqyasda təhdidlər yaradır. Çarlz Riçard belə hərəkətlərin cavabsız qalmamalı olduğunu bildirir.

Riçard qeyd edir ki, ABŞ başqa ölkələrin təcavüzlərini cilovlamaq üçün “fəal rəqabət” aparmalıdır. “Onların təşəbbüslərinə güzəştə gedəndə biz Birləşmiş Ştatların acizliyi, və ya cavab vermək istəmədiyi barədə onlarda yaranan təsəvvürləri möhkəmləndirmiş oluruq. Onlar hesab edərlər ki, daha Birləşmiş Ştatlara məhəl qoymağa dəyməz”,-komandan yazır.

Admiral Çarlz Riçardın məqaləsinə Rusiyadan Federasiya Şurasının üzvü Aleksey Puşkov reaksiya verərək bildirib ki, Pentaqonda nüvə müharibəsinin nə olduğunu sonadək başa düşmürlər. “Yaxşı olardı ki, ABŞ-ın adi silahlardan istifadə etməklə nüvə müharibəsini necə törədə biləcəyi haqda deyil, nüvə münaqişəsinə necə yol verməmək barədə düşünsünlər”,-o, bildirib.

Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin rəhbərinin müavini Vladimir Cabarov isə hesab edir ki, ABŞ-dan belə bəyanatların səslənməsi təəcüblüdür. Çünki peşəkar hərbçilər hətta “qorxulu yuxularında belə” hadisələrin nüvə müharibəsinə qədər inkişaf edəcəyini təsəvvür etməyə qorxurlar.

ABŞ müdafiə nazirinin köməkçisi Con Kirbi isə jurnalistlər qarşısında çıxışı zamanı Rusiya və ya Çinlə nüvə müharibəsinin mümkünlüyü haqda deyilənlərə münasibət bildirib. Kirbi deyib ki, Pentaqonda Rusiya və ya Çinlə hərbi münaqişəyə can atmırlar, xüsusən də nüvə müharibəsinə.

“Müdafiə naziri Lloyd Ostin Amerikanın nüvə qüvvələrinin modernizasiyasını prioritet hesab edir, amma ABŞ münaqişənin bu miqyasa gəlib çatmasını arzulamır...Lakin Müdafiə Nazirliyinin vəzifəsi Amerika vətəndaşlarını müdafiə etməkdir ki, strateji nüvə potensialının modernizasiyası da bura daxildir”,- Pentaqon rəsmisi bildirib.

virtualaz.org

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"