Ermənilər Rusiya ilə “ittifaq dövləti” yaratmaq istəyirlər - "Məqsəd Ermənistanı “sorosçulardan təmizləməkdir”

07 fevral, 2021 12:55

Ermənistanın ikinci Qarabağ müharibəsində kapitulyasiyasının ardınca baş nazir Nikol Paşinyanı devirmək üçün yaradılan müxalifət itttifaqının-“Vətənin xilası naminə hərəkat”ın bəzi üzvləri yeni hərəkat yaradıblar və ona yeni ad veriblər: “Rusiya ilə birlikdə güclü Ermənistan: yeni ittifaq uğrunda”.

Azsiyasət.com erməni KİV-lərinə istinadən xəbər verir ki, bu hərəkata da keçmiş hakimiyyətin nümayəndələri başçılıq edirlər. Məsələn, Serj Sərkisyanın Respublika partiyasından keçmiş deputat Ayk Babuxanyan, bir əvvəl “Çiçəklənən Ermənistan” (indi bu söz birləşməsi Ermənistanda heç yerinə düşmür) partiyasından istefa vermiş “müstəqil” deputat Tiqran Urixanyan və digərləri.

 Yeni hərəkatın da gündəmi fərqli deyil: Paşinyanın istefasını tələb etmək. Amma Vazgen Manukyanın başçılıq etdiyi və bu vaxta qədər geniş xalq kütlələrini Paşinyana qarşı qaldırmaqda uğur qazana bilməyən hərəkatdan fərqli olaraq onlar həm də Rusiya ilə “yeni ittifaq” tələb edirlər. Hərəkatın Yeravan Opera və Balet Teatrında keçirilmiş təsis konfransında Babuxanyan deyib ki, onların hərəkatı apolitikdir: sadəcə olaraq “qaranlıqda işıq” axtarırlar və “güclü Ermənistanı Rusiya ilə birlikdə görürlər, Rusiya ilə yeni ittifaq istəyirlər”.

Çıxışlardan bəlli olub ki, hərəkat işirakçıları Rusiya ilə “ittifaq dövləti”nin yaradılmasını istəyirlər və Ermənistanı “sorosçulardan təmizləməyi” qarşıya məqsəd qoyublar.

Maraqlıdır ki, hərəkatı “salamlamağa” Rusiyadan iki polkovnik də gəlib. Onlardan biri kazak hərəkatının polkovniki Andrey Jiqov, digəri “Rusiya qəhrəmanları ittifaqı”nın üzvü, istefada olan polkovnik Oleq Kryuqovdur.

Təsis yığıncağında habelə Krım respublikası xalq özünümüdafiə polkunun veteranları ittifaqı” adlı təşkilatdan Armen Martoyan da çıxış edib. O, həm də “Vahid Rusiya” partiyasının yerli təşkilatının siyasi şurasının üzvüdür. İştirakçılar arasında keçmiş baş nazir Qrant Baqratyan,  Kəlbəcərdəki restoranı əldən getdiyinə görə göz yaşları tökən, bir vaxtlar Ağdamda dayanıb “Bakıya qədər gedəcəyik” deyə Azərbaycanı hədələyən “rejissor” Artak Zakaryan və Paşinyanı öldürməyə çağıran keçmiş səhra komandiri Vahan Çaxalyan da görünüb. Virtualaz.org

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"