Ermənistan sülhməramlıların Qarabağdan çıxmasına qarşıdır

09 fevral, 2021 13:50

Ermənistan parlamentinin deputatı, “Çiçəklənən Ermənistan” partiyasının üzvü Taron Simonyan sülhməramlılardan danışıb.

Azsiyasət.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, spiker Ararat Mirzoyana sual verərək, rusiyalı sülhməramlılarla bağlı üçtərəfli razılaşmanın bitməsindən sonra nələr olacağını soruşub.

“Üçtərəfli razılşamanın başa çatmasına 4 il, 8 ay, 12 saat qalıb. Bu müddət hadisələrin hər cür ssenari üzrə inkişafına hazırlaşmaq üçün qalan zamandır. Həmin müddətin effektli istifadə olunub-olunmayacağını dəqiq bilmək istəyirəm”- deyə Simonyan soruşub.

Spiker Ararat Mirzoyan məsələnin aktual olduğunu söyləyib. Onun fikrincə, sülhməramlıların Qarabağda daha uzun müddətə qalması Yerevanın maraqlarına cavab verəcək.