"Müdafiə naziri mülki şəxs olmalıdır" - "Hansı “ağıllı” Prezidenti devirməyi ağlından keçirər?..."

10 fevral, 2021 10:47

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edirik:

- Qüdrət bəy, orduda bəzi yüksək rütbəli generalların istefaya göndərilməsinə münasibətiniz necədir?

- Ölkəmiz inkişaf edir, yenilənir, dəyişir. Bu dəyişikliklər Ordunu da əhatə etməli idi və bunun anonsunu Prezident 44 günlük Vətən müharibəsi zamanı vermişdi. Mən hər zaman hökuməti Orduda islahatlar aparmağa, Müdafiə Nazirliyinin rəhbərliyini milli kadrlarla gücləndirməyə çağırmışam. Bu gün də əminəm ki, Silahlı Qüvvələrimizi daha güclü etmək üçün Müdafiə naziri mülki şəxs olmalı, peşəkar ordu qurulmalıdır. Ordu üzərində güclü parlament və mülki nəzarəti təşkil etmək lazımdır. Ümumiyyətlə, zamanla ayaqlaşıb, qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirə bilməyən kadrlar dəyişdirilməlidir. Amma ona da imkan verilməməlidir ki, kimlərsə yaranmış vəziyyətdən öz dar siyasi məqsədləri üçün istifadə edib bütün məmur təbəqəsini xalqımıza oğru-quldur kimi təqdim etsin. Onların çoxu öz vəzifələrini vicdanla yerinə yetirir. Çox təəssüf ki, 90-cı illərdə partiya-sovet orqanlarında çalışanlar bütövlükdə xalqımıza satqın, rüşvətxor kimi təqdim olunurdu və biz bunun acı nəticələrini yaşadıq.

- Son günlər bəzi şəxslər ölkəmizdə mümkün dövlət çevrilişi barədə danışmağa başlayıblar. Bunun hər hansı əsası varmı?

- Heç bir əsası yoxdur. Güc strukturları, hüquq-mühafizə orqanları Prezidentə və xalqımıza sadiqdir. Xalqımız Prezidenti müdafiə edir və onun qarşımızda duran problemləri həll edəcək islahatları uğurla həyata keçirəcəyinə inanır. Artıq bu istiqamətdə real addımların atılması üçün ciddi hazırlıq işləri görülür. Çevriliş barədə danışanların isə hər birinin öz marağı var. Biri yanlış olaraq düşünür ki, bununla iqtidara kömək edir, eyni zamanda diqqəti özünün təxribatçı əməllərindən yayındırır. Digəri fikirləşir ki, bu yolla iqtidar daxilində parçalanma yarada bilər. Bir başqası bu tipli şayiələr yayıb başqasına etimadsızlıq yaratmaq istəyir. İnkişafın qarşısında kötüyə çevrilmiş başqa biriləri düşünürlər ki, bu tipli şayiələr yaymaqla Prezidenti təhdid edib islahatlardan çəkindirmək olar və s. Amma bu barədə danışanların hər biri ayrılıqda başa düşür ki, Azərbaycanda anti-konstitusion yolla hakimiyyət dəyişikliyi dövrü çoxdan başa çatıb və xalqımız onların dediklərini ciddi qəbul etmir. Bir də hansı “ağıllı” torpaqlarımızın 30 illik işğalına son qoymuş, siyasi reytinqinin pik dövrünü yaşayan Prezidenti devirməyi ağlından keçirər?...

- İnternet üzərindən belə bir təbliğat aparılır ki, Prezident keçmişə ekskurs etməklə AXC və Musavatı tənqid edirsə, bu o deməkdir ki, onları özünə real alternativ kimi görür və onlardan çəkinir. Siz necə düşünürsünüz?

- Prezident çox istəyir ki, məhz onlar Prezidentə qarşı real alternativ kimi görünsünlər. Çünki bərk çığıranların hər biri zaman-zaman bu və digər formada iqtidarla əməkdaşlıq edib və bir çoxu bu gün də edir. Prezident onların “gücünə” və “iradəsinə” yaxından bələddir. Həm də həmin dövr insanların yaddaşında güclü hakimiyyətin olmadığı, torpaqlarımızı itirdiyimiz, dövlət quruculuğunda ciddi uğursuzluqlara düçar olduğumuz silahlı qiyamlar və anarxiya dövrü kimi qalıb. Əlbəttə, Elçibəyin prezidentliyi dövründə bəzi uğurlu qərarlar qəbul olunsa da, ümumən, həmin dövr xalqımızın yaddaşında xaos dövrü kimi assosiasiya olunur. Nəzərə alsaq ki, həmin dövrdə xarici siyasətdə və qonşularla münasibətdə də problemlər mövcud idi, onda hər kəs başa düşməlidir ki, Prezident niyə o dövrə tez-tez müraciət edir. O da etiraf olunmalıdır ki, Prezident istədiyi vaxt siyasi gündəmi dəyişə bilir, həm də bəlli düşərgəyə mövzu verir ki, həftələrlə müzakirə etsin.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"