Qaregin Nijdenin Xocavənddəki abidəsi SÖKÜLƏCƏK

12 fevral, 2021 10:51

Erməni faşizminin banilərindən biri, hərbi cinayətkar Qaregin Nijdenin Xocavənddə separatçılar tərəfindən ucaldılmış abidəsi söküləcək.

Azsiyasət.com “Vestnikkavkaza.ru”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Arman Babacanyan açıqlama verib.

Onun sözlərinə görə, Azərbaycan hazırda Rusiya ilə Nijdenin abidəsinin Xocavənd ərazisindən çıxarılması üçün danışıqlar aparır. O qeyd edib ki, bu məsələ Ermənistan Xarici İşlər Nazirliyinin bu gün öz xalqının mənafeyi naminə müstəqil xarici siyasət apara bilmədiyini göstərir, buna görə də bu məsələ parlamentdə müzakirə olunacaq.

Xatırladaq ki, hazırda abidənin yerləşdiyi Xocavənd qanuni olaraq dünya birliyi tərəfindən tanınan Azərbaycan ərazisidir. Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin 2020-ci il 9 noyabr tarixində imzaladıqları müqaviləyə əsasən, hazırda ərazidə etnik qarşıdurmaya səbəb ola biləcək hər hansı bir təxribatın qarşısını almaq üçün Rusiya sülhməramlıları yerləşdirilib.

Bundan əlavə, Ermənistan parlamentinin başqa bir suveren dövlətin ərazisində abidə qoyulması barədə müzakirə aparmaq və qərar qəbul etmək hüququ yoxdur. Beləliklə, Ermənistan parlamentində Azərbaycan ərazisində yerləşən abidənin sökülməsinin mümkün müzakirəsi əslində bölgədəki gərginliyi artırmaq cəhdidir və 9 noyabrda imzalanan razılaşmaya əsasən sülhü təmin etmək üçün bölgəyə yerləşdirilən Rusiya sülhməramlılarının da işinə maneələr yaradır.

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov “Vestnik Kavkaz”ın müxbirinə verdiyi müsahibəsində bildirib ki, erməni millətçilərinin nasist kollaborasionisti Nijdeni qəhraman donuna bürüməsi Rusiya tərəfdən olduqca sərt mövqe ilə qarşılanıb.

“İndi görürük ki, Rusiya faşist cinayətkarlarının təriflənməsinin qəbuledilməzliyi barədə açıq, birmənalı mövqe tutub. Rusiya Müdafiə Nazirliyi dəfələrlə Nijdenin nasistlərlə fəal əməkdaşlıq etdiyi və Qırmızı Ordunun arxa cəbhəsinə göndərilmək üçün diversantlar yetişdirdiyini bildirib. Rusiya XİN isə dəfələrlə Nijde kimi nasist cinayətkarların tərif edilməsinin yolverilməz olduğu barədə xəbərdarlıq etmişdi”,- deyə Markov qeyd edib.

Rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib ki, Rusiya sülhməramlılarının Qarabağdakı məsuliyyət zonasında nasist əlaltısı Qaregin Nijdeyə abidə qoyulması Rusiya və anti-Hitler koalisiyasının bütün ölkələrinin üzünə tüpürməkdir. 

“Qaregin Nijde - nasist əlaltısı, almanların Sovet İttifaqı ərazisində, o cümlədən Qırmızı Ordunun arxa cəbhəsinə dinc sovet insanlarına qarşı terror və təxribat törətmək üçün terrorçu qrupların hazırlanmasına və göndərilməsinə kömək etmiş və Sovet hərbi tribunalı tərəfindən mühakimə olunmuş bir hərbi cinayətkardır. Bu abidə dərhal postamentlə birlikdə buldozerlə sökülməlidir. Bu hadisə Ermənistanın nüfuzuna və imicinə biabırçı ləkədir”,- deyə Korotçenko qeyd edib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"