Prezident İlham Əliyev səfirləri geri çağırdı

12 fevral, 2021 13:47

Prezident İlham Əliyev Azərbaycanın Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Murad Nizami oğlu Nəcəfbəylinin vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Azsiyasət.com xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Rasim Şəmsəddin oğlu Rzayev Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.