Rəsmi Parisin ermənipərəst mövqe tutmasının səbəbi açıqlandı

13 fevral, 2021 11:13

Rəsmi Parisin ermənipərəst mövqe tutmasının səbəbi açıqlandı

"Fransızlara beynəlxalq hüququn pozulduğunu anlatdıqda Azərbaycanı başa düşməyə, ermənipərəst fikirlərindən əl çəkməyə başlayırlar".

Azsiyasət.com xəbər verir ki, bunu Fransa mətbuatında azərbaycanlı qaçqınlar və Qarabağ münaqişəsi mövzusunda çoxsaylı məqalələrin müəllifi, fransalı tədqiqatçı, Belçikanın Brüksel Azad Universitetinin professoru Sebastian Bussua bildirib.

Sebastian Bussua tədiqatlarlnda Qarabağ münaqişəsinə yer verməsini bu məsələdə əsas rolun beynəlxalq hüququn pozulması olduğunu bildirib:

"Qarabağ münaqişəsini yaxından öyrənməyim əsasən hər zaman beynəxalq hüququ müdafiə etmək istəyimlə bağlı olub. BMT-nin qətnamələrinə əsasən Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Bununla belə, Azərbaycan ərazisini 30 ilə yaxın müddətdə işğal altında qalıb. Münaqişənin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupu bu dövrdə münaqişəni həll etməkdə acız qalıb. Beləliklə, Qarabağ münaqişəsi beynəlxalq hüququn köbud surətdə pozulması nəticəsində baş verən münaqişələrə bariz nümunədir".

Professor Fransada ermənilərin media sahəsindəki üstünlükləri sahəsində informasiya balansının azərbaycanlıların zərərinə pozulması nəticəsində Qarabağ münaqişəsi haqqında qeyri-dürüst informasiyaların yayıldığını bildirib:

"Tədqiqatlarımda hər zaman Şərqlə Qərbin bölünməsini əks etdirən münaqişələrə üstünlük vermişəm. Beynəlxalq ictimaiyyətin davamlı həllinə nail olmadığı münaqişələri yaxından öyrənməyə çalışmışam. Qaçqınlar, terrorçuluq mövzuları üzərində işləmişəm. Çünki bütün bunlar Şərqlə Qərbin bölünməsini nümayiş etdirən mövzulardır.

Mən Qarabağ münaqişəsi ilə 2016-cı ildə Azərbaycana üçüncü səfərim zamanı ilk dəfə cəbhə xəttinə getdiyim zaman yaxından tanış olmuşam. Qarabağ münaqişəsi Fransada çox həssas mövzudur. Buna ermənilərin media sahəsindəki üstünlükləri sahəsində informasiya balansının azərbaycanlıların zərərinə pozulması səbəb olur. Fransada 600 min erməni və cəmi 4 min azərbaycanlı yaşayır. Erməni lobbiçiliyi səbəbindən bu münaqişə fransız mətbuatında xristian-müsəlman münaqişəsi kimi qələbə verilib ki, bu da onu Şərqlə Qərbin bölünməsi nəticəsində baş verən münsqişələr kateqoriyasına daxil edib".

Sebastian Bussua bildirib ki, fransızların ermənipərəst mövqe tutmalarının səbəbi onların Azərbaycanı tanımamalarından irəli gəlir: "Fransada Qafqazı tanımayanlar çoxdur. Fransızların mənfi münasibətləri Azərbaycanı tanımazlıqlarından irəli gəlir. Burda yaşayan 4 min azərbaycanlı üçün mətbuata yol tapmaq asan deyil. Fransada ermənilərin isə son dərəcə güclü media lobbiçilikləri var. Ermənilər fransızlara Azərbaycanı guya islamçı və zorakı ölkə kimi tanıtdırmağa cəhd edirlər. Fransa mətbuatında Azərbaycan və Qarabağ münaqişəsi haqqında əsl həqiqətləri əks etdirən məqalələrimlə insanlarla ünsiyyətə girirəm. Onlar beynəxlaq hüququn pozulduğunu başa düşdükdən sonra Azərbaycanı anlamağa başlayırlar və ermənipərəst fikirlərindən əl çəkirlər. Azərbaycanın dünyəvi müsəlman ölkəsi olduğunu fransızlara başa saldıqda onların fikirləri tamamilə dəyişir".

Professor bildirib ki, bir çox mətbuat orqanı Azərbaycana dair elmi araşdırmalar əsasında yazdığı məqalələrini dərc etməkdən imtina edib: "Dəfələrlə çoxlu sayda mətbuat orqanı Azərbaycan haqqında məqalələrimi dərc etməkdən imtina edib. Çünki, erməni lobbisinin Fransadakı kommunikasiya manevrləri son dərəcə kəskindir". 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"