Türkiyə telekanalında göstərilən xəritə Rusiyanı qarışdırdı

13 fevral, 2021 17:25

“Stratfor”un hazırladığı xəritədə Krımın, Krasnodar, Stavropol bölgələrinin, Rostovun, Həştərxanın və Çuvaşiyanın da Ankaranın “təsir dairəsinə verilməsi” Rusiyanın siyasi dairələrini ciddi narahat edib. 

Türkiyənin TGRT kanalında yayımlanan xəritə Rusiyanın siyasi aləmində ciddi əks-səda doğurub. ABŞ-ın “Stratfor” mərkəzinin hazırladığı xəritədə 2050-ci ilədək Ankaranın təsir dairəsinin genişlənməsi proqnozlaşdırılıb. “Stratfor”a görə, 2050-ci ilə qədər Türkiyə bütün Yaxın Şərqdə və Şimali Afrikada əsas güc olacaq.

İraq, Misir, Liviya, Suriya, Yəmənə və BƏƏ-yə, hətta Səudiyyə Ərəbistanı kimi ən zəngin ölkələrə də öz iradəsini diktə edə biləcək. Xəritədə Balkanlar, Ermənistan, Azərbaycan, Yunanıstan, Kipr, Gürcüstan, Cənubi Osetiya, Abxaziya və Orta Asiyanın bəzi ölkələrinin də Ankaranın təsir zonasında olacağı bildirilib.


Rusiyanın siyasi dairələrini isə narahat edən xəritədə Krımın, Krasnodar və Stavropol bölgələrinin, Rostovun, Həştərxanın və Çuvaşiyanın da Ankaranın “təsir dairəsinə verilməsi” olub.

Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Andrey Krasov “Türkiyənin Osmanlı İmperatorluğunu yenidən qurmağı xəyal etdiyini” iddia edib. Amma o, Ankaranın Rusiya ərazilərini zorla birləşdirməyə çalışacağına şübhə etdiyini də bildirib. Deputat əlavə edib ki, bu xəritənin “Rusiyanın gerçək tarixi ilə heç bir əlaqəsi yoxdur”. Krasov "rus ruhunun gücünü və silahlarımızı öz üzərilərində sınamaq istəsələr, sınasınlar" deyə, hədələyici tonda bildirib.

Dövlət Dumasının daha bir deputatı Pavel Şperov Türkiyənin Krımla bağlı iddialarını heç vaxt gizlətmədiyini və üç əsr əvvəl olduğu kimi bu yarımadada təsirini bərpa etmək istədiyini deyib. 

Rusiyalı şərqşünas Andrey Çipurgin isə daha soyuqqanlı və ağıllı danışıb. O, xəritənin Türkiyədə deyil, ABŞ-ın “Stratfor” mərkəzi tərəfindən hazırlanmasına diqqət çəkib, “Stratfor”un ABŞ kəşfiyyatına yaxınlığını yada salıb: 

“Əvvəla, bu proqnozu türklər deyil, “Mərkəzi Kəşfiyyat İdarəsinin kölgəsi” adlandırılan “Stratfor” tərəfindən hazırlandığını anlamalısınız. Bu, “Stratfor”un kobud təxribatıdır. Bu təxribat eyni zamanda, ölkələr arasındakı onsuz da çətin münasibətlərə nifaq salmaq niyyəti güdür. Düşünürəm ki, yaxın günlərdə Ərdoğanın müşavirlərində biri danışacaq və bu vəziyyəti şərh edəcək”. Şərqşünasın fikrincə, Türkiyə son illər həqiqətən də dünyada təsir dairəsini genişləndirmək istəyir. Krım parlamentinin deputatları da xəritənin yayımlanmasına qarşı çıxış ediblər.
Məlumat üçün deyək ki, 1996-cı ildə politoloq Corc Fridman tərəfindən yaradılan “Stratfor” dünya hadisələri haqqında məlumat toplayır və təhlil edir. Onlara məlumat həm mediadan, həm də digər açıq mənbələrdən, həm də şirkətin öz mənbələrindən gəlir. Toplanan məlumatlara əsasən, şirkətin analitikləri iqtisadi və geosiyasi proqnozlar verirlər. “Stratfor”a yarandığından bəri Corc Fridman rəhbərlik edir.
Maraqlıdır ki, Rusiya mənbələri xəbərin dövlət telekanalı TRT-1-də yayımlandığını deyirlər. Amma göründüyü kimi, söhbət özəl telekanal olan TGRT-dən gedir...

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"