Arutyunyanla görüşən Azərbaycan rəsmiləri kim olub?

15 fevral, 2021 10:36

Bu günlərdə erməni tərəfi xəbər yaydı ki, Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutyunyan Azərbaycanın rəsmi nümayəndəsi ilə görüşüb. Görüşdə Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Rüstəm Muradov və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan iştirak ediblər. Erməni tərəfi görüşdə “əsir və itkin düşmüş şəxslərlə bağlı məsələlərin müzakirə olunduğunu” bildirib, Azərbaycan tərəfdən görüşdə kimin iştirak etdiyini dəqiqləşdirməyib.

Bakıdan isə bu görüşlə bağlı hələlik rəsmi məlumat verilməyib. Hərçənd xəbər sosial şəbəkələrdə və ekspertlər arasında müəyyən ajiotaja səbəb olub. Bir çoxları bu görüşü “separatçıların lideri ilə rəsmi danışıqların başlanması” kimi yozublar. Yaxud Azərbaycan hüquq-mühafizə orqanlarının Araik Arutyunyanı axtarışa verdiyi halda onunla görüş faktının nə məna daşıdığı haqda suallar səslənir.

Azsiyasət.com xəbər verir ki, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov məsələ ilə bağlı virtualaz.org-a açıqlamasında deyib ki, onun fikrincə görüşdə müzakirə edilən məsələlərin çevrəsi humanitar məsələlərdən daha geniş olub.

“Araik Arutyunyanla görüşmək ən azından ona görə lazım idi ki, aydınlaşdıraq-onun patriotizminin dəyəri nədir? Avtomobilini havaya uçuracaq idarəolunan raketdən bahadırmı? Əlbətdə, həm də gələcəkdə nə etmək barədə danışmaq üçün görüşmək lazım idi. Bu cür görüşlərdə hansı məsələlərin həll edilə biləcəyinə gəldikdə isə, hesab edirəm ki, texniki xarakter daşıyan bir çox məsələlər qaldırılıb. Orada müəyyən məsələrlə bağlı qarşılıqlı əlaqələr, məsələn, erməni hərbi personalının sülhməramlı qüvvələrin məsuliyyət zonası olan ərazilərdən çıxarılması, bu ərazilərdən keçən kommunikasiyalar, sülhün təmin edilməsi məsələləri və s. müzakirə oluna bilərdi”,-keçmiş xarici işlər naziri deyib.

T.Zülfüqarov deyib ki, Arutyunyanın hərbi cinayətkar olması şübhəsizdir. Lakin bu görüşü tənqid edənlərə xatırlatmaq lazım gəlir ki, təkcə Arutyunyan hərbi cinayətkar deyil, separatçı rejimə ondan əvvəl başçılıq edənlərin də hamısı cinayətkarlardır.

“Deməliyəm ki, həm dövlət başçısı, həm digər şəxslər, o cümlədən mən özüm nazir işləyəndə öz əməllərinə görə hərbi cinayətkarlar hesab edilən şəxslərlə görüşməli, danışıqlar aparmalı olmuşuq. Və burada təəcüblü heç nə yoxdur. Bütün münaqişələrdə belə praktika istifadə olunur. Məsələn, Şimali İrlandiya. Orada britaniyalı hərbçilərə qarşı terror aktları törədənlərlə danışıqlar aparılıb. Yəni bu, dünyada qəbul edilən praktikadır”,-Zülfüqarov bildirib.

Keçmiş nazir deyib ki, əslində 1994-cü ildən bəri Dağlıq Qarabağ separatçılarının nümayəndələri ilə görüş ilk dəfə deyil baş verir. Belə görüşlər dəfələrlə olub.

“Bəs biz Minsk Qrupu çərçivəsində kiminlə görüşürdük? Bir daha təkrar edirəm ki, bu, münaqişələrdə qəbul edilmiş praktikadır. Məsələləri hərbi toqquşmalara getmədən dinc yolla həll etmək cəhdləridir. Ən sadə olanı budur ki, özünü patriot hesab edəsən və görüşə yollanasan, tapançanı çıxarıb iştirakçıları güllələyəsən. Prinsipcə, bu baş verə bilər və haqq qazandırılardı. Lakin belə hərəkət daha çox qurbanlara gətirib çıxaracaq hadisələrə səbəb olacağı üçün heç kim belə eləmir. Bizim hakimiyyət birmənalı şəkildə hərbi cinayətkarlar olan adamlara  şəxsi münasibətini kənara qoyaraq belə addıma gedir. Çünki işin marağı bunu tələb edir. Belə görüşlərdə müzakirə olunan məsələlər texniki və ya hərbi-texniki xarakter daşıya bilər. Başa düşmək lazımdır ki, belə görüş kimisə tanımaq mənasını vermir. Hətta müharibənin gedişində səngərdə üz-üzə dayanan tərəflər öz aralarında əsirlərin və meyitlərin dəyişdirilməsi, yaralıların döyüş meydanından çıxarılması ilə bağlı anlaşmalar əldə edirlər. Yəni belə təmaslar siyasi xarakter daşımır və kiminsə tanınması faktı deyil”,-T.Zülfüqarov belə deyib.

Keçmiş nazir daha bir məqama diqqəti cəlb edir, bildirir ki, indiki təmaslar hansısa yeni situasiyada baş verir. İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq münaqişədən Ermənistan amili faktiki olaraq kənarlaşıb. İndi bəzi elementlər qalır ki, həmin amil birdəfəlik aradan qaldırılsın. Azərbaycan tərəfi də bunun üzərində işləyir. “Yəni Ermənistan indi bizim üçün sadəcə qonşu ölkədir və onunla postmünaqişə situasiyasında münasibətlər qurulur”,-o vurğulayıb.

Zülfüqarovun sözlərinə görə, digər məsələlər qrupu Azərbaycan ərazilərinin bir hissəsində kompakt yaşayan erməni əhalisi ilə bağlıdır. Bu ərazi müvəqqəti olaraq Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altındadır. Orada yaşayan erməni əhalisini Azərbaycan öz vətəndaşları sayır və onların reinteqrasiyasını qarşıya vəzifə qoyub. “Bizim bəhs etdiyimiz görüş də bu siyasət çərçivəsində keçirilir. Yəni bu görüş beynəlxalq xarakter daşımır və hansısa texniki məsələlərin həlli üçün lazımdır. İndi bu Azərbaycanın daxili məsələsidir, bizim bu gün heç vasitəçilərə də ehtiyacımız yoxdur”,-keçmiş nazir bildirib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"