"Bu tipli "bandit"lərə o vaxtlar rast gəlməmişdim" - Rəsul Quliyev məmurlardan danışdı

16 fevral, 2021 09:21

Eks-spiker Rəsul Quliyev Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizəyə dəstək xarakterli fikirlər bildirib və təkliflə çıxış edib. Facebook səhifəsində Rəsul Quliyev bildirib ki, Azərbaycanda böyük vəzifədə olanların böyük korrupsioner olduğu məlum idi. Ancaq vəzifəlilərin bu şəkildə dəhşətli korrupsiya ilə məşğul olması adama fantaziya kimi görsənir. Bu insanların məhkum edilməsi, mənimsənilmiş  pul  və ya mülkünün əlindən alınması sərvətin sahibinə-xalqa qaytarılması çox vacibdir.

R.Quliyev qeyd edib ki, torpaqlar işğaldan azad edilib, bu proses tək ordunun mətinliyi, xalqın hakimiyyətin ətrafında birləşməsi ilə uğur qazana bilməzdi, bu şanlı qələbənin qazanılması üçün ölkə həm də milyardlarla dollar pul xərcləyib. Azad olunmuş torpaqların, kənd və şəhərlərin bərpası üçün isə azı 10-15 milyard dollar pul tələb olunur. Bu vəsaitin heç olmazsa 5 milyardı bu korrupsionerlərin əlindən alınıb büdcəyə qaytarılmalıdır:

“Sovet ittifaqının dağılmasının axırıncı ilində yəni 1987-1991-ci illərdə mən Azərbaycanda ən çox maaş alan şəxs idim. Orta əmək haqqı ölkədə 200, mən işlədiyim zavodda 600 rubl olanda mən təxmini 9 min rubla qədər maaş alırdım. Müxtəlif mükafatlar, çoxsaylı ixtiralara görə. Azərbaycan müstəqillik alandan sonra, yəni 1992-ci ildən bir gün də bizneslə məşğul olmamışam. Korrupsiya üçün imkan da yox idi. Azərbaycanın, sadəcə olaraq, pulu yox idi. Çıxardığı neft zorla özünə çatırdı.

Bu tipli “bandit”lərə o vaxtlar nə rast gəlmişdim, nə də mövcud ola biləcəklərinə inanırdım. Cəmiyyəti bu insanlardan təmizləmək lazımdır. Oğurladıqlarını öz xoşları ilə xalqa qaytarsınlar, sonra gedib bacarırlarsa, yenidən qanun çərçivəsində bizneslə məşğul olsunlar".

Qeyd edək ki, korrupsiya ilə talan edilmiş dövlət vəsaitlərinin koorupsiya ilə məşğul olmuş şəxslərdən geri alınıb işğaldan azad edilən rayonların quruculuq işlərinə yönəldilməsi barədə digər tanınmış siyasilər və iqtisadçılardan da təkliflər olub.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"