ABŞ İranın "Axilles dabanı"nından vurdu - rəsmi Tehran nə edəcək?

16 fevral, 2021 09:30

Bir neçə gün əvvəl ABŞ İrana məxsus nefti daşıdığı güman edilən tankerin yükü üzərinə həbs qoyub və nəticədə 2 milyon barrel neftin müsadirə edilməsi riski var. “Reuters” xəbər verir ki, rəsmi Tehran yükün İran hökumətinə deyil, “özəl şirkətə məxsus olduğunu” bildirib, amma şirkətin adını açıqlamayıb. İran XİN-in rəsmi nümayəndəsi bildirib ki, ABŞ-ın tankerin yükünə həbs qoymasını “dəniz quldurluğu aktı” kimi qiymətləndirə bilərlər.

Birləşmiş Ştatlar İrana qarşı hələ Tramp administrasiyası dövründə bir çox sərt iqtisadi sanksiyalar, o cümlədən neft ixracına qadağalar tətbiq edib. Nəticədə İran öz neftini satmaq üçün ciddi çətinliklərlə üzləşir və müxtəlif mexanizmlərdən istifadə edərək sanksiyalardan yayınmağa çalışır. Rəsmi Tehran ümid edirdi ki, Trampın hakimiyyətdən getməsi və Cozef Baydenin prezident seçilməsi nəticəsində ABŞ-ın İrana qarşı sanksiyalarla bağlı mövqeyi yumşalacaq. Lakin tankerin yükünə Bayden administrasiyasının işə başlamasından təxminən 2 həftə sonra, fevralın 2-də həbs qoyulub.

ABŞ iddia edirdi ki, İran neft yükünün mənşəyini ört-basdər etmək məqsədilə nefti bir neçə müxtəlif gəmilərə yükləyib. Vaşinqton bildirirdi ki, sonradan Liberiyanın bayrağı altında üzən “Axilles” adlı tankerə yüklənən neft Çinə göndərilməliymiş. Vaşiqnton bildirir ki, bu yükün göndərilməsi ABŞ-ın terrorizmlə mübarizə qanunlarına ziddir. Lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə deyib ki, bu neft yükünün rəsmi Tehranla heç bir əlaqəsi yoxdur. Sözçü deyib ki, yük özəl sektora daxil şirkətə məxsusdur.O söhbətin hansı şirkətdən getdiyini izah etməyib.

 “Axilles” tankerinin ən son qeydə alındığı yer Texas yaxınlığındakı Qalverston Yükboşaltma Limanı olub. Bu liman ABŞ-ın Qalverston portunun yaxınlığında yerləşir. Qərb KİV-lərinin məlumatına görə yükün İran nefti olduğu haqda məlumatı tankerin sahibi olan “Capital Ship Manaement Corp.” Şirkəti Amerika hakimiyyətinə çatdırıb. Şirkət yükü əvvəlcə İraq nefti zənn edib və daşımağa razılaşıb.

Vaşinqton hələ Tramp administrasiyası dövründə “Axilles” tankerinin heyətindən yükün mənşəyini araşdırmaq üçün Birləşmiş Ştatlara yan almağı tələb etmişdi. Bildirilirdi ki, yükün İnqilab Keşikçiləri Korpusuna bağlı şirkətlərdən birinə məxsus olduğuna dair sübutlar var. Tankerin beynəlxalq sularda tutulması zamanı onun göyərtəsində 1 milyon barrel neft var idi.

İran XİN-in rəsmi nümayəndəsi bildirib ki, tankerin yükünə həbs qoyulması Bayden administrasiyası dövründə baş verib və bu təəsüf doğurur. Səid Xətibzadə İranın bu hərəkəti dəniz quldurluğu kimi qiymətləndirə biləcəyini deyib.

Qeyd edilir ki, Birləşmiş Ştatlar ötən il müsadirə edilmiş 1 milyon barrel İran neftini hərracda satıb.

virtualaz.org

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"