Beyrutu xaraba qoyan partlayış: Livan ermənilərini Qarabağa köçürməyə hazırlıq gedir

07 avqust, 2020 17:30

Beyrutu xaraba qoyan dəhşətli partlayışdan fürsət kimi istifadə edərək Livan ermənilərini Azərbaycanın işğal altındakı ərazilərinə köçürmək planları hazırlanır.

Azsiyasət.com saytı virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının başqan yardımçısı Serdar Ünsal bildirib.

İğdırda fəaliyyət göstərən “Yeşil İğdır” qəzetinə danışan Ünsal deyib ki, bu məqsədlə artıq bəzi livanlı ermənilər Qarabağa göndərilib. Onun sözlərinə görə, ermənilər həmişə əllərinə keçən fürsətdən istifadə edib türk düşmənçiliyinə yönəlmiş addımlar atırlar. İndi isə onlar Beyrutda baş vermiş partlayışdan istifadə edərək livanlı ermənilərin bir qrupunu Qarabağa yerləşdirmək istəyirlər.

Ünsal xatırladıb ki, bundan əvvəl Ermənistan Suriyadakı vətəndaş müharibəsindən istifadə edərək suriyalı ermənilərin bir qismini Azərbaycanın işğal altındakı ərazilərinə yerləşdirmişdi. “İndi isə Beyrutda baş vermiş partlayışda ermənilərin zərər gördüyünü iddia edərək Livan Erməni İnqilabi Federasiyası “Daşnaksütun”un gənclər  təşkilatı tərəfindən liviyalı ermənilərin Qarabağa yerləşdirilməsinə hazırlıq gedir. Bu plana dərhal müdaxilə edilməlidir”,-Serdar Ünsal bildirib.

O, xatırladıb ki, daha əvvəl də qondarma “dqr”-in “parlament rəhbəri” Aşot Qulyan Livandakı erməni daşnaklarının nümayəndələri ilə görüşərək onları Qarabağ yerləşməyə dəvət etmişdi.

“İndi partlayışı fürsət bilərək qruplar halında Qarabağa yerləşməyi planlaşdırırlar. Hədəf Qarabağda yaşayan ermənilərin sayını 300-500 minə çatdırmaqdır. Suriyadan, Livandan, digər ölkələrdən gətirilən ermənilər Dağlıq Qarabağla yanaşı ətraf rayonlarda-Kəlbəcərdə, Laçında, Qubadlıda, Zəngilanda yerləşdirilir”,-o deyib.

Ünsal bildirib ki, Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırmanı genişləndirməsi onun Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında maraqlı olmadığını göstərir. “ATƏT, onun Minsk Qrupu , BMT, digər beynəlxalq təşkilatlar dərhal bu məsələyə müdaxilə edərək Ermənistanın işğal etdiyi ərazilərə suriyalı, livanlı erməniləri yerləşdirməsini dayandırmalıdır. Azərbaycan dövləti məsələni dərhal BMT-nin müzakirəsinə çıxarmalıdır”,-o əlavə edib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"