Avropa Məhkəməsi Navalnının azad olunmasını tələb etdi

17 fevral, 2021 23:19

Avropa İnsan Haqları Məhkəməsi Rusiyadan həbs olunan müxalifətçi Aleksey Navalnının dərhal azad olunmasını tələb edib.

AİHM-dən verilən açıqlamada bildirilib ki, Rusiya Navalnının saxlanılma şəraiti və həyatının risk altında olub-olmaması ilə bağlı məlumat verməlidir. 

Vurğulanıb ki, Navalnı fevralın 3-də məhkəməyə bildirib ki, Rusiyanın gördüyü tədbirlər onun həyatı və sağlamlığı üçün kifayət etmir. Bu səbəbdən Rusiya Navalnını dərhal azad etməlidir.

Qeyd edək ki, Aleksey Navalnı fevralın 2-də "İv Roşe" işi üzrə məhkəmə tərəfindən 3,5 illik həbsə məhkum edilib.