"Böyük ehtimalla, yeni müharibə qaçılmaz olacaq" - Proqnoz

20 fevral, 2021 11:14

“Əsas məsələ qalib gəlməkdir. Amma qələbənin möhkəmləndirilməsi, geridönməzliyin təmin edilməsi daha vacibdir. Ən əsası isə qələbədən sonra irəliyə getmək bacarığıdır. 100 gün əvvəl 30 illik məğlubiyyətə, 200 illik məzlum vəziyyətimizə son qoyduq, düşmənlə yerlərimizi dəyişdirdik. İndi onlar məzlum və məğlub durumdadırlar, fəlakət içərisindədirlər”. 

Azsiyasətcom xəbər verir ki, bunu QAT sədri Akif Nağı musavat.com-a açıqlamasında deyib. O, bildirib ki, vəzifəmiz onları bu vəziyyətdə saxlamaq, düşdükləri durumla barışmağa məcbur etməkdir.

“Tam qələbə o vaxt olur ki , düşmən məğlubiyyətini etiraf etsin. Düşmən isə hələ də çabalayır, əlinin dalını yerə qoymur, vəziyyətdən çıxmağa çalışır. Rusiyanın oyunları, Ermənistanın hikkəli bəyanatları, Dağlıq Qarabağdakı quldurların hələ də sərbəst gəzməsi narahatlıq mənbəyimizdir. Son günlərin hadisələri yenidən nələrinsə baş verdiyini göstərir. Azərbaycandan iqtisadi əməkdaşlıqla bağlı böyük heyətin Türkiyə səfəri, orada yüksək səviyyədə görüşlərin keçirilməsi, Türkiyə və Rusiya prezidentlərinin telefon danışıqları, Putinlə Paşinyanın telefon təmasları, xarici işlər nazirləri səviyyəsində məsləhətləşmələr, baş terrorçu Araikin rus dili təşəbbüsləri, bütün bunlar yeni situasiyanın yarandığının əlamətləridir. Müşahidələr göstərir ki, Türkiyə regionda 10 noyabr proseslərinin davam etdirilməsinə çalışır, Rusiya bu məsələdə maraqlı görünmür, Ermənistan hər vəchlə prosesi yarımçıq kəsməyə cəhd edir. Azərbaycan hələlik tutduğu mövqelərin möhkəmləndirilməsi ilə məşğuldur”.

A.Nağı məsələnin hərb fazasına son qoyulduğunu güman etmir: “Böyük ehtimalla, yeni müharibə qaçılmaz olacaq. Çünki Ermənistan aldığı məğlubiyyətdən düzgün nəticələr çıxarmaq, başa düşmək istəmir ki, Azərbaycanın üstünlüyünü qəbul etməlidir, ermənilərə pay verdiyimiz dövləti qoruyub saxlamaq üçün Rusiya və ya başqa birisinə yox, Türkiyə və Azərbaycana sığınmalıdır. Ermənilər düşdükləri ağır vəziyyətdən yalnız Bakı və Ankaranın köməyi ilə çıxa bilər. Bunu anlamaq, bu yöndə çalışmaq əvəzinə revanşist hisslərə güc verirlər. Rusiya da onların bu sarsaqlığından son yüz ildə olduğu kimi, yenə də yararlanmağa çalışır. Ona görə də müharibə ehtimalı realdır. Azərbaycan yarımçıq nəticələrlə kifayətlənməyəcək və tam qələbə üçün yetərincə güclüdür. Azərbaycan cəmiyyəti də yarı-yolda dayanmağı qəbul etmir. Qələbədən ruhlanmış, milli qüruru bərpa olunmuş xalq Xankəndidə, Xocalıda, Xocavənddə Azərbaycan bayrağının dalğalanacığı günü səbirsizliklə gözləyir. Bu, pafos deyil, millətin ruhuna hakim kəsilmiş istək, sosial sifarişdir”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"