Ermənistan-Azərbaycan sərhədində rus qoşunları yerləşdiriləcək?

23 fevral, 2021 00:09

Ermənistandakı 102-ci Rusiya hərbi bazasının qüvvələrindən bir hissəsini ölkənin şərqində, yəni Zəngəzurda, Azərbaycanın Qubadlı və Zəngilan rayonları ilə həmsərhəd bölgədə yerləşdirmək planları Yerevanda etirazla qarşılanıb.

Azsiyasət.com xəbər verir ki, politoloq Stepan Qriqoryan bunu “Ermənistanın suverenliyini məhdudlaşdıracaq addım” kimi dəyərləndirib.

102-ci bazanın genişləndirilməsi və onun bölmələrinin bir qismini Ermənistanın şərq sərhədlərinə yerləşdirilməsi barədə müzakirələrin getdiyi haqda müdafiə naziri Vaqarşak Arutyunyan “RİA Novosti”yə müsahibəsində demişdi.

Politoloq Qriqoryan isə hesab edir ki, Rusiya hərbi bazasının qüvvələrindən bir hissəsinin yerinin dəyişdirilməsi zamanı şərtlərin dəqiqləşdirilməsi mühümdür. Lakin narahatlıq var ki, bu proseslər Ermənistanın suverenliyindən güzəştə gedilməsinə gətirib çıxaracaq.

“Rusiya müharibə vaxtı bizə kömək elədi? Eləmədi, siz bilirsiniz. Deməli nazirin öz mövqeyini bildirmək haqqı var, amma erməni xalqının suverenliyinə, dövlətçiliyinə aid məsələləri bir və ya beş nəfər həll edə bilməz”,-Qriqoryan “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında bildirib.

Politoloq əlavə edib ki, 102-ci baza haqda mövcud müqavilə qoşunların yerləşdirilməsinin şərtlərini dəqiq müəyyən edir və onların dəyişdirilməsi üçün yeni müqavilə lazımdır. Belə müqavilə isə parlamentin müzakirəsinə təsdiq edilməli, Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməlidir.

"Bilirsiniz ki, Rusiya hərbi bazası Ermənistanda üç yerdə yerləşib: əsas hissəsi Gümrüdə, qərargahı Yerevanda, təyyarələri isə Erebuni aeroportunda. Əgər dəyişiklik edilirsə və Rusiya qoşunları həm də Sünikdə yerləşdirilməlidirsə o zaman müqavilədə belə bənd olmalıdır. Onlar bu müqaviləni nə vaxt imzalamağı planlaşdırırlar, bu müqavilə ictimaiyyətə təqdim olunacaq ya yox? Çoxlu suallar var. Rusiya qoşunlarının bizə sərfəli olduğu haqda ideyaya gəldikdə isə biz müharibə vaxtı baş verənlərə baxmalıyıq. Azərbaycan məsələn, Vardenisə də zərbə endirdi, lakin Rusiya bizə kömək etmədi”,-Stepan Qriqoryan bildirib.

Virtualaz.org

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"