"Ermənistanda Azərbaycan və Türkiyə ilə barış barədə düşünmürlər" - Politoloq

23 fevral, 2021 18:40

“Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirləri Ankarada bu gün bir araya gəldilər. Azərbaycan müxtəlif üçtərəfli formatlarda iştirak edir, bu da onlardan biridir”.

Azsiyasət.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, Çavuşoğlu ortaq mətbuat konfransında Azərbaycan üçün də vacib olan önəmli açıqlamalar səsləndirib:

“Birincisi, Çavuşoğlu deyib ki, “Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasına görə Türkiyə olaraq çox sevincliyik”. Bəli, Ankara illərdir Türkmənistanla Azərbaycan arasındakı mübahisələrin həllinə çalışırdı. Çavuşoğlu bildirib ki, Ankara türkmən neftinin və qazının Türkiyəyə, oradan da Avropaya nəqlində maraqlıdır və bununla bağlı öhdəsinə düşən vəzifələri icra etməyə hazırdır. Türkmən neftinin və qazının Azərbaycan və Türkiyə üzərindən dünya bazarlarına daşınması hər 3 ölkənin bölgədə çəkisini və rolunu artıracaq. Türkiyə paralel olaraq Xəzərin dibi ilə boru xəttinin çəkilməsini də arzulayır. Bunu da reallaşdırmaq mümkündür. Maneə kimi göstərilən Rusiya özü Qara dənizin və Baltik dənizinin dibi ilə boru xətləri çəkib, birini də bitirmək üzrədir. Rusiya özü başqa dənizlərin dibi ilə boru xətləri çəkirsə, Xəzərin dibi ilə çəkilməsi planlanan boru xəttinin çəkilişinə ciddi maneə yarada bilməyəcək, yetər ki, bu məsələdə birinci növbədə Türkmənistan israrlı olsun.

İkincisi, Çavuşoğlu mətbuat konfranslnda deyib ki, ““3+3” platformasına qatılması üçün Gürcüstanı razı salmağa çalışırıq”. Bundan hər kəsin qazanacağını bildirən türkiyəli nazir Gürcüstanda hökumət dəyişikliyinin baş verdiyini və Bakıda keçirilməsi planlaşdırılan Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün təxirə salındığını da xatırladıb. Bölgədə yeni altılıq formatının (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya, İran) yaradılması ideyasını Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə birgə mətbuat konfransında səsləndirmişdi. Altılıq formatı hamının xeyrinədir, sadəcə 2008-ci il müharibəsinin nəticəsinə görə Rusiya Gürcüstanın torpaqlarını – Cənubi Osetiya və Abxaziyanı ələ keçirib və “müstəqilliklərini” tanıyıb. Müharibənin digər nəticəsinə görə Gürcüstanla Rusiya arasında diplomatik münasbətlər də kəsilib və bu vaxta qədər bərpa olunmayıb. Belə vəziyyətdə Gürcüstan Rusiyanın iştirak etdiyi altılıq formatında necə iştirak edəcək? Əlbəttə, Ankara bunun bir yolunu tapmağa çalışacaq, ancaq bu xeyli zaman alacaq.

Üçüncüsü, Çavuşoğlu mətbuat konfransında yenidən Ermənistana çağırış edib: “Bölgədə davamlı sülh üçün, bölgənin inkişafı üçün tarixi fürsət var. Ermənistanın da sülh yolunu seçməsinə ümid edirik. Türkiyə Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanın hər bir müsbət addımına cavab verəcək”. Təəssüf ki, Ermənistanda hələ Azərbaycan və Türkiyə ilə barış barədə düşünmürlər, qonşu ölkə məğlubiyyəti həzm etməkdə çətinlik çəkir. Bu, bir qədər zaman alacaq. Buna baxmayaraq, İrəvan 10 noyabr və 11 yanvar bəyanatlarının kommunikasiya xətlərinin açılması hissəsini yerinə yetirməyə başladıqda istər-istəməz Azərbaycan və Türkiyə ilə regional əməkdaşlıq çərçivəsinə daxil olacaq”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"