Ərdoğan haqda maraqlı faktlar: İşi nə qədər çox olsa da, bunu hər gün edir

25 fevral, 2021 20:09

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın doğum günüdür. 1956-cı il fevralın 25-də doğulan Ərdoğan 65-ci yaş gününü qeyd edir.

Azsiyasət.com Türkiyə lideri haqda maraqlı məlumatları təqdim edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənclik illərindən siyasətdədir. 1994-cü il martın 27-də İstanbulun bələdiyyə sədri seçilib.

Səhərlər türk simiti yeməyi sevir. Ərdoğan yemək masasında əvvəlcə şirniyyat, sonra xörək yeməyi xoşlayır. Süfrə və yemək qaydalarına xüsusi həssaslıq göstərir. Türkiyə prezidentinin ən sevdiyi iki yemək düşbərə və kələm dolmasıdır. Ən xoşlamadığı şey isə cangüdənlərlə gəzməkdir.

Rəcəb Tayyib Ərdoğan həyat yoldaşı Əminə Ərdoğanın xəbərdarlıqlarını və fikirlərini nəzərə alır. Türkiyə lideri dəftərində hər günün xülasəsini qeyd edir. İşi nə qədər çox olsa da, buna vaxt ayırır.

Ərdoğanın ən sevimli fəaliyyətlərindən biri də, tez-tez insanlarla söhbət etməkdir. Rəcəb Tayyib Ərdoğan gənclik illərində həvəskar olaraq “Camialtı” İdman Klubunda futbol oynayıb.

1999-cu ildə Siirtdə xalqa müraciət edən Ərdoğan Ziya Gökalpın “Əsgər duası” şeirini oxuduğu üçün həbs edilib. Şeir belədir:

“Minareler süngü,

Kubbeler miğfer,

Camiler kışlamız,

Müminler asker”.

Rəcəb Tayyib Ərdoğan 4 ay həbsxanada qaldıqdan sonra – 2001-ci il avqustun 14-də Ədalət və İnkişaf Partiyasını (AKP) qurub. Rəcəb Tayyib Ərdoğanın anasının adı Tənzilə xanım, atasının adı Əhməd bəydir.

Türkiyə lideri məktəb illərində öz xərcliyini qazanmaq üçün küçədə konfet, su və salfet satıb. Sevimli komandası “Fənərbaxça”dır.

Ərdoğan 1978-ci il iyulun 4-də Əminə Gülbaranla evlənib. Dörd övlad atası olan Türkiyə lideri uşaqlarına Ahmet Burak, Nəcməddin Bilal, Əsra və Süməyya adını verib.

Ərdoğanın ən sevdiyi mahnı Müzəyyən Şənarın “Benzemez kimse sana”dır. Gecəyarısına qədər işləməyi sevir. Ərdoğan üçün ailə dəyərləri çox qiymətlidir. Bir dəfə “Mənimlə döyüşsünlər, amma ailəmi qarışdırmasınlar”, demişdi. 1982-ci ildə hərbi xidmətə gedib. Əsgərlikdən qayıtdıqdan sonra özəl bir şirkətdə rəhbər vəzifəsində işləyib.

Sağlam həyat tərzi yaşayan Rəcəb Tayyib Ərdoğan bir dəfə siqaret çəkməyi heç sevmədiyini söyləmişdi. Formasını qorumaq üçün Qafqaz mənşəli alternativ tibb reseptlərinə xüsusi diqqət yetirir. Bələdiyyə sədri olduğu vaxtdan bəri bunlardan istifadə edir.

Axşamlar televiziyada müzakirə proqramlarını izləyirsə, telefonla canlı yayıma çıxmaqdan özünü çətinliklə saxlayır. Məşhur inancın əksinə olaraq, yumor üçün açıqdır. Ərdoğanın zarafatları Ankara kulislərində çox danışılır. Saatlarla davam edən iclaslar keçirməkdən heç vaxt yorulmur.

Bir dəfə canlı yayımda jurnalistin “Türkiyəyə ən yaxın ölkə hansıdır” sualına, Ərdoğan “Azərbaycan” cavabını vermişdi.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI