Rusiya Müdafiə Nazirliyi: "Paşinyan çaşıb..."

26 fevral, 2021 01:53

Rusiya Müdafiə Nazirliyi Ermənistanda böyük təlatümə gətirib çıxarmış və hətta ordunun Paşinyana qarşı çıxmasına səbəb olmuş “İsgəndər” polemikasına nəhayət rəsmən müdaxilə edib. Azsiyasət.com virtualaz.org-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general İqor Konaşenkov Qarabağda gedən hərbi əməliyyatların gedişində Ermənistan ordusunun “İsgəndər” operativ-taktiki raket komplekslərini tətbiq etmədiyini, bütün döyüş başlıqlı raketlərin anbarda olduğunu bəyan edib.

Xatırladaq ki, Ermənistanda kapitulyasiyadan sonra “İsgəndər” polemikası uzun müddətdir davam edirdi. Bu raketlər barədə əvvəlcə Ermənistan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi, general-polkovnik Movses Akopyan danışıb. Bildirib ki, onun məlumatına görə hərbi əməliyyatların sonuna doğru “İsgəndər” tətbiq edilib: “Amma hansı istiqamətdə, bunu açıqlaya bilmərəm”.

Daha sonra Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Nikol Paşinyanı “İsgəndər”ləri vaxtında tətbiq etməməkdə günahlandırıb. Deyib ki, bu raketləri döyüşlərin 3-cü, yaxud 4-cü günündə Horadiz istiqamətində Azərbaycan qoşunlarının cəmləşmə rayonlarına, yaxud neft-qaz obyektlərinə qarşı tətbiq etmək olardı. Sərkisyanın sözlərinə görə, bunu etmək əvəzinə raketləri müharibənin sonunda Şuşanı geri almaq cəhdi zamanı tətbiq ediblər.

Nikol Paşinyan isə Sərkisyana cavab olaraq deyib ki, qoy o əvvəlcə “İsgəndər”lərin niyə partlamadığına, yaxud “10 faiz partladığına” aydınlıq gətirsin. Bu bəyanat böyük rezonans, o cümlədən Rusiya hərbi-siyasi dairələrində böyük hiddət doğurub.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bəyan edir ki, Ermənistan baş nazirinin “İsgəndər”lər haqda dedikləri onun yanılmasının nəticəsi ola bilər. “Bizim malik olduğumuz obyektiv və mötəbər , o cümlədən obyetiv nəzarət sistemi tərəfindən təsdiq olunmuş məlumatlara əsasən Dağlıq Qarabağdakı münaqişənin gedişində bu tipdən olan raket komplekslərindən heç biri tətbiq olunmayıb. “İsgəndər” komplekslərinin bütün döyüş raketləri Ermənistan Silahlı Qüvvələrinin anbarlarındadır. Belə görünür ki, Paşinyanı çaşdırıblar və ya o dəqiq olmayan informasiyanı istifadə edib. “İsgəndər-E” operativ-taktiki raket kompleksləri dəfələrlə Suriyada terrorçulara qarşı tətbiq edilib. Bu silah öz sinfində dünyanın ən yaxşı silahıdır və hamı tərəfindən etiraf olunur”,-general Konaşenkov bildirib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"