Rusiya hərbçiləri Qarabağı tərk edəcək

26 fevral, 2021 19:38

"Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da geniş mətbuat konfransı keçirdi. İlham Əliyev 4 saat ərzində 35 jurnalistin 50 sualına cavab verdi. Bu mətbuat konfransına böyük ehtiyac var idi. Çünki, müharibə bitdikdən sonra xeyli suallar yaranmışdı. Birincisi, İlham Əliyev dedi ki, Dağlıq Qarabağda yerləşən Rusiya hərbçilərinin bölgədəki fəaliyyəti müvəqqəti xarakter daşımalıdır. 10 noyabr bəyanatına görə rusiyalı hərbçilər Dağlıq Qarabağda 5 il xidmət edəcəklər. İlham Əliyevin sözlərindən aydın oldu ki, rəsmi Bakı 5 ildən sonra vəziyyətə uyğun qərar verə bilər".

Azsiyasət.com xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Rusiya hərbçiləri 5 ildən sonra Dağlıq Qarabağaı tərk edə bilərlər:

"Azərbaycan cəmiyyəti də Rusiya hərbçilərinin Dağlıq Qarabağda uzun müddət qalmasını istəmir. Prezident etiraf etdi ki, rusiyalı hərbçilərin fəaliyyəti ilə bağlı bəzən suallar yaranır. İkincisi, İlham Əliyev Rusiyanın siyasətindən narazı qaldığını bildirdi və dedi ki, Rusiya Ermənistana pulsuz silahlar göndərib və Ermənistan ordusunun yenidən qurmaq istəyir. İlham Əliyev Moskavaya müraciətində dedi ki, Rusiya Ermənistana verdiyi “İsgəndər” raketlərini geri almalıldır, çünki bu, bölgədə müharibə risqini artırır. Üçüncüsü, İlham Əliyev dedi ki, rəsmi Bakı Türkiyənin Ermənistanla sərhəddi açmasına etiraz etməyəcək. Türkiyə 1993-cü ildə Ermənistanla sərhəddi Kəlbəcərin işğal olunmasına etiraz olaraq bağlamışdı. Kəlbəcər artıq azad olunub. Ona görə də Türkiyə Ermənistanla sərhəddi aça bilər. Ancaq Ankara bu qərarı hələ verməyəcək. Çünki, Ermənistanın Türkiyəyə qarşı da ərazi iddiası var".

Politoloq vurğulayıb ki, Ermənistan və erməni lobbisi Türkiyə əleyhinə siyasət apararaq müxtəlif ölkələrdə “erməni soyqırımının” tanınmasına çalışırlar.Onun fikrincə, bu siyasət davam etdikcə Ankara Ermənistanla sərhəddi açmağa tələsməyəcək:

"Dördüncüsü, İlham Əliyev jurnalistlərin suallarına cavab verərkən dedi ki, azərbaycanlılar Xocalıya və separataçıların işğalda saxladığı digər ərazilərə də qayıadacaqlar. Hazırda həmin ərazilər işğal altındadır. Buna baxmayaraq, İlham Əliyev yaxın illərdə həmin ərazilərin danışıqlar yolu ilə azad olunacağına inanır. Sadəcə, bunun üçün zamana ehtiyac var. Beləliklə, İlham Əliyev geniş mətbuat konfransında bir sıra aktual suallara cavab verdi. Bu Azərbaycan cəmiyyətində müsbət qarşılandı. Əsas odur ki, Azərbaycan zamandan düzgün istifadə edə bilsin. Laçın dəhlizi üzərindən sərhəddin nəzarətə götürülməsi ilə Dağlıq Qarabağda yerdə qalan separatçıların tərksilah olunması da əsas hədəflərimizdən olmalıdır".

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"