"Ermənistanı zorla Rusiyaya birləşdirməliyik" - Jirinovski

27 fevral, 2021 08:20

Ermənistanda hazırkı baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyaları davam edir.

 “Komsomolskaya Pravda” radiosunun efirində Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski böhrandan çıxış yolunu təklif edib.

“Bundan sonra nə etməli? Otuz ildir orada belədir. Erməni problemini götürsək, artıq üç yüz ildir, hətta min ildir. Çarəni padşahın dövründə olduğu kimi görürəm. Rusiyanın bir hissəsi olan İrəvan quberniyası… Bax, onda hər şey sakitləşəcək”.

Deputatın sözlərinə görə, hamını danışıqlar masasına oturtmaq mümkün deyil.

“Ermənistan parlamentinin qərar qəbul etməsi lazımdır. Görürsən, parlamentin iclası hələ keçirilməyib. Çünki Paşinyanın “Mənim addımım” partiyası iclasa gəlmir. Və buna görə də iclas baş tutmur. Yəni orada dəyirmi masa mümkün deyil”, – deyə Jirinovski izah edib.

V.Jirinovski qeyd edib ki, ermənilərin özlərindən, əlbəttə ki, Rusiyaya qoşulmaq istəkləri barədə soruşulmalıdır və imtina edəcəkləri təqdirdə Ermənistana kömək etməyə lüzum qalmayacaq.

“İstəmirlərsə, qalsınlar. Ancaq oraya daha heç bir əsgər göndərməyəcək, yardım göstərməyəcəyik. Amerikalıların isə kömək göstərməsi daha ağlabatan deyil”, – deyə Vladimir Volfoviç fikrini yekunlaşdırıb.

RLDP sədri hesab edir ki, Ermənistanda hakimiyyət dəyişikliyi qaçılmazdır. Onun proqnozuna görə, yaxın günlərdə respublika vətəndaşları yeni bir siyasi rejim formatında oyanacaq.

Jirinovskinin fikrincə, Nikol Paşinyan tezliklə xaricə qaça bilər və ya Amerika səfirliyində “gizlənə” bilər.

“Dəyişiklik qaçılmazdır. Hakimiyyətə gələn şəxs isə rusiyapərəst olmayacaq. Hər halda NATO tərəfdarının da olacağını gözləmirəm. Amerikayönlülər Paşinyanın şəxsində bu gün iqtidardadırlar”, – deyə rusiyalı siyasətçi əlavə edib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"