Seçkilər başa çatdı, Prezidentin təyyarəsi havaya qalxdı və Minskə qoşun yeridildi

09 avqust, 2020 23:01

Bu gün Belarusda keçirilən prezident seçkilərində səsvermə az əvvəl başa çatıb. Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 18.00-da seçicilərin 79 faizinin səs verdiyini açıqlamışdı.

Bu arada Prezident Aleksandr Lukaşenkonun təyyarəsinin səsvermənin başa çatmasından əvvəl Minskdən havaya qalxdığı haqda məlumat yayılıb.  "PlaneFinder" saytı bu haqda məlumatları təsdiq edib. Bildirib ki, EW-301PJ bort nişanlı təyyarənin İstanbula enəcəyi göstərilib.

Lukaşenkonun təyyarəsinin Minskdən uçmağa hazırlaşdığı haqda bundan əvvəl NEXA Telegram-kanalı bildirirdi. Məlumata görə, bütün heyət üzvləri səfərbər olunub, pilotlar aerportda gecələyiblər. KİV-in məlumatına görə, hər dəfə Belarus prezidenti harasa uçmazdan əvvəl belə olur.

Əlavə olaraq Minsk aerportu ətrafında minaaxtaranlar bütün yanaşma yollarını yoxlayıblar. Bu, adətən Belarus prezidentinin harasa uçmasından əvvəl baş verir.

Rəsmi informasiyaya görə, 2018-ci ilin noyabrına olan vəziyyətə Lukaşenkonun aviasiya parkında Amerika istehsalı olan "Boeing 737-800/BBJ2 EW-001PA", Kanada istehsalı olan "Bombardier Challenger 850 EW-301PJ", "Yak-40 EW-88187" təyyarələri və "Mi-8 EW-25049" vertolyotu var.

Ancaq Lukaşenkonun mətbuat xidməti bundan əvvəl xəbər verib ki, dövlət başçısının heç vaxt özəl təyyarəsi olmayıb, xarici səfərlər zamanı onun istifadə etdiyi təyyarələrin istismar müddəti isə başa çatıb.

Səsvermənin başa çatmasına az qalmış Minskə böyük sayda hərbi texnika yeridilib. Sosial şəbəkələrdə yerləşdirilmiş kadrlara əsasən Minsk küçələrində içərisində hərbçilər olan çoxsaylı yük maşınları görünür. Habelə üzərlərində tanklar daşıyan qoşquların Minskə doğru hərəkət etdiyi barədə görüntülər var.

Digər kadrlarda zirehli texnika şəhərə girərkən görünür. O cümlədən çoxsaylı hərbi yük maşınları və içərisində hərbçilər olan avtobuslar, habelə suvuran maşınlar və dustaqları daşımaq üçün maşınlar Minskə yeridilib.

Şahidlər bildirir ki, hətta təcili yardım maşınlarında da daxili qoşun əsgərləri Minskə girib. Küçələrin birinin tinində əllərində qalxanlar olan milisləri boşaldan 7 avtobusun görüntüləri də yayılıb. Küçədən keçənlər milislərdən nə üçün gətirildiklərini soruşub. Sürücülər cavab verib ki, nümayişləri dağıtmaq üçün göndəriliblər.

Təhlükəsizlik qüvvələri əsasən hökumət binalarının ətrafına cəmləşdirilir. Üstəlik Minskə o qədər hərbi texnika yeridilib ki, regionlarda etirazçıların qarşısını kəsməyə demək olar qüvvə qalmayıb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"