""İsgəndər"lə bağlı mənə yanlış məlumat veriblər" - PAŞİNYAN

01 mart, 2021 15:13

Ermənistanın baş naziri Nikol Paşinyan “İsgəndər” raketinin keyfiyyəti ilə bağlı ona dezinformasiya verildiyini açıqlayıb.

Azsiyasət.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin Mətbuat xidməti yayıb.

“Faktları təhlil edərək belə qərara gəldim ki, “İsgəndər”lə bağlı mənə yanlış məruzə ediblər”, - N.Paşinyan deyib.

Onun sözlərinə görə, “İsgəndər”in keyfiyyətinin Rusiya ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlığa heç bir aidiyyəti yoxdur.