"Zəngəzur Azərbaycanın nəzarətinə keçəcək" - Erməni generaldan açıqlama
03 mart, 2021 10:37
Erməni general-mayor Arkadi Tadevosyan sensasiya yaradacaq müsahibə verib.
Azsiyasət.com xəbər verir ki, erməni general Ermənistandakı vəziyyəti analiz edib.
Erməni general Baş nazir Nikol Paşinyanın hakimiyyətdən gediş planları barədə belə deyib: ”Ermənistanda siyasi vəziyyət olduqca gərgindir.
Əgər Paşinyan hakimiyyətdə qalsa, tezliklə Zəngəzur Azərbaycanın nəzarətinə keçəcək. Çünki Paşinyan qərbin diqtəsi ilə hər şeyə hazırdır. Bunun baş verməməsi üçün Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq lazımdır.”