"ABŞ və Türkiyənin Suriyada ortaq maraqları var" - Dövlət Departamenti

03 mart, 2021 12:06

“Suriyadakı ortaq maraqlarımızı təmin etmək üçün Vaşinqton Türkiyə ilə konstruktiv şəkildə çalışmağa davam edəcək”.

Azsiyasət.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays “Anadolu” agentliyinə açıqlamasında bildirib.

İdlibdəki proseslərdə Türkiyə ilə ABŞ arasında əməkdaşlıq imkanları barədə sualı cavablandıran Prays “Xüsusilə Suriya daxilində Türkiyə ilə ortaq maraqlarımız var. Suriyadakı ortaq maraqlarımızı reallaşdırmaq üçün Türkiyə ilə konstruktiv çalışmağa davam edəcəyik”,- deyə qeyd edib.