Qarabağın bərpası üçün bir milyard manat xərclənib - Deputat

03 mart, 2021 17:34

“Qarabağ alternativ enerji mənbəyinə çevriləcək. Hələ müharibədən əvvəl Azərbaycan bərpaolunan enerjiyə investisiyalar cəlb etməyə nail olmuşdu. İki iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildirib. Dünyanın aparıcı enerji şirkətləri arasında tender keçirilib və iki şirkət ən yaxşı təkliflər irəli sürüb. Qarabağ “yaşıl enerji” zonasıdır. Azad edilmiş ərazilərdə yaxşı imkanlar mövcuddur. Kəlbəcər-Laçın zonasında külək stansiyaları tikiləcək, orada çox güclü küləklər olur. Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları üçün əlverişlidir, çünki orada günəş şüalarının il ərzində miqdarı da çox böyükdür".

Azsiyasət.com xəbər verir ki, bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov bildirib. O qeyd edib ki, Azərbaycanın müvafiq strukturlarına əcnəbi tərəfdaşlarla bu məsələlər üzərində işləmək tapşırığı verilib.

Millət vəkili vurğulayıb ki, Qarabağ “yaşıl enerji” zonası elan edilib və bunun üçün ilk növbədə investorları gözləyilər:

"Qarabağ regionun müasir və ən inkişaf etmiş ərazisinə çevriləcək, işğaldan azad olunmuş ərazilərdə günün tələblərinə uyğun infrastruktur inşa olunacaq. Artıq Füzulidə hava limanının tikintisinə başlanıb. Ərazinin minalardan təmizlənməsi yüksək intensivliklə davam etdirilir. Hava limanının uçuş-enmə zolaqları və onun fəaliyyətini təmin edəcək naviqasiya sistemləri istifadəyə veriləcək. Bu aeroport beynəlxalq hava limanı olacaq. Uçuş-enmə zolaqları ən böyük və ağır yük təyyarələri də daxil olmaqla bütün növ laynerləri qəbul edə biləcək. Hava limanından ərazilərin bərpası üçün xaricdən alacağımız yüklərlərin qəbul edilməsi üçün istifadə olunacaq. Eyni zamanda turistlərin Şuşa şəhərinə və ətraf bölgələrə rahat gedib-gəlmələri üçün də hava limanı əlverişli, rahat imkan yaradacaq".

Millət vəkili bildirib ki, ərazilərin bərpa olunması üçün bütün imkanlar səfərbər olunacaq. O, vurğulayıb ki, dövlət büdcəsindən bu məqsədlə ayrılmış 2,2 milyard manat investisiya başlanğıcıqdır: 

"Qarabağın bərpası üçün təklif edilmiş layihələrin icrasına təxminən bir milyard manat verilib. Layihələr əsasən infrastrukturun qurulması, bərpasını əhatə edir. Bu, elektrik enerjisi xətlərinin, avtomobil və dəmir yollarının çəkilməsi, ərazilərin minalardan təmizləməsi və s. işlərə aiddir".

Komitə sədri daha sonra qeyd edib ki, işğaldan azad edilmiş bölgələrdə bərpa işləri sistemli və planlı şəkildə aparılacaq. Onun sözlərinə görə, şəhərlərin və kəndlərin inkişafı planlarının tərtib edilməsinə artıq başlanıb: 

"Reallaşacaq layihələrdə müasir texnologiyaların geniş tətbiq olunması başlıca məsələdir. “Ağıllı kənd” layihəsi artıq reallaşmaqdadır. Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Cari ilin sonuna qədər onların icrası tam başa çatacaq. Orada təqribən 1000-ə yaxın sakin yerləşdiriləcək. Lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar".

Millət vəkili belə pilot layihələrin çox olacağını da vurğulayıb: 

"Bərpa prioritetləri mütləq şəkildə qorunacaq. Azərbaycan öz ərazilərinin xeyli hissəsini həm hərbi, həm də sülh yolu ilə qaytarıb. İndi bizim əsas vəzifəmiz həmin ərazilərin bərpa edilməsi, köçkünlərin qaytarılması və bu insanların normal həyatının təmin edilməsidir. Bunu şəraitdən, strateji planlardan asılı olaraq mərhələli şəkildə etmək lazımdır. 30 ildir öz doğma torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaradılmalıdır. Onlar ləyaqətli şərtlərlə ömür sürməyə və dünyanın bütün nemətlərindən istifadə etməyə layiqdirlər". (Azpolitika.info)

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"