İlqar Məmmədovdan Altay Göyüşova sərt hücum: "Qorxaq Altay Göyüşovu həbs etsələr..."

10 avqust, 2020 23:58

ReAL sədri İlqar Məmmədov tarixçi alim Altay Göyüşov haqda sərt fikirlər bildirib.

Azsiyasət.com xəbər verir ki, o bu barədə sosial şəbəkədəki hesabında yazıb.

"Bir qorxaq Altay bəy Göyüşov var" deyə statusuna başlayan İ.Məmmədov daha sonra onunla aralarındakı gərginliyin səbəblərinə toxunub: "Ötən ilin yayından köçdü Almaniyaya, başladı oradan müxalifyönlü qədeş-fason bəyanatlar verməyə. Səbəbinə çox da dərin getməyə ehtiyac yoxdur, mövzu başqadır. Amma oktyabrda birdən məlum oldu ki, hansısa sənədləşmə işlərini yoluna qoymaq üçün qorxaq Altay Göyüşov Almaniyadan Bakıya gəlməlidir. Onun dərdini təsəvvür edə bilərəm: “Axı bu qədər danışdım… Bakıya necə dönüm? Amandır, tutarlar məni...” Ağlına fikir gəldi: “Tapdım! İlham Əliyevin İlqardan zəhləsi gedir, düzdür? Düzdür. Gəlsənə İlqarı yaxşı-yaxşı vurum, birdən aeroportda tutsalar, deyərəm ki, ağa nəçənnik, mən, hətta İlqarı da pis vururam”. Və başlayır! 6-7 oktyabrda İlqar Məmmədov və REAL haqqında 5 dənə dalbadal “vurucu” status yazır, arada birini elə-belə, ədəbiyyat haqda yazır (“e-e, cənab polkovnik, mən ziyalı adamam” vəziyyəti üçün). Başqa heç nə yazmır. Sonra bu statuslardan ibarət Facebook “sığortası”nı yanına alıb, minir təyyarəyə, uçub gəlir Bakıya.

Sənədlərini səhmana salır. Hələ bir İlham Əliyev hakimiyyətinin dövlət xidmətləri haqda xoş status-namə də qoşur, sitat: “özümə də təəccüblü gəlirdi, işlərimi çox tez həll edirdilər, bu öz yerində, amma üstəgəl, müəllim, xoş gəlmisiniz, burada gözləmə, gəl, içəridə otur, bir stəkan çay iç filan, əməlli qayğı göstərirdilər”. 1 günlük işini görüb qayıdır Almaniyaya. İlqar Məmmədov yaddan çıxır".

İ.Məmmədov deyir ki, A.Göyüşov yenidən ona söz atmağa başlayıb. "Yenə Bakıda işi var?" deyə sual edən ReAL sədri bildirib ki, "lap dərinə baxanda Altay Göyüşovu titrəməyə salan başqa məsələdir". O, daha sonra bu məqama da aydınlıq gətirib: "Ötən ilin iyulunda mən ondan xahiş etmişdim ki, müxalifətin birləşib seçkiyə bir yerdə getməsi üzrə planın təşəbbüskarı mən olmayım, sən ol ki, digər partiyalarda qıcıq yaranmasın: "Sən bu işi ziyalı kimi başla, sonra istəsən, tezliklə kənara dur, partiyalar olaraq özümüz irəli apararıq. İstəsən, lap özün də davam et". Əvvəlcə razılaşdı. Sonra anladı ki, birdən İlham Əliyev onun xaricə yolunu bağlayar - lap köç qabağı idi. Qorxdu. Gedib bu ideyamı partiyalara elə şəkildə çatdırdı ki, iş heç alınmasın. Bu məsələdə şəxsən mənim qarşımda gözü kölgəli olduğu üçün heç nədən dedi-qodu salmağa bəhanə kimi bir-iki kənar mövzu tapmalı idi. Klounlaşmış qədeş roluna girib tapdı da".

İ.Məmmədov bəyan edib ki, "qorxaq Altay Göyüşovu həbs etsələr, Avropada müdafiəsini şəxsən özüm təşkil edəcəm".

O, statusunu aşağıdakı ironik cümlə ilə bitirib: "Bakıya gəlmək istəyirsə, biletin qiymətinə “İlqarı vur” talonunu daha əlavə etməsin, özünün klounlaşmış qədeş dili ilə desək “yekə cəyildü”.

 

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"