Erməni polkovnik müharibə haqda sensasion məlumatlar açıqladı: "Bizi arxayın etmişdilər ki..."

05 mart, 2021 14:00

Türkiyədəki Rusiya Araşdırmaları İnstitutunun (RUSEN) hərbi və təhlükəsizlik məsələləri üzrə eksperti, istefada olan polkovnik Hayrettin Güler Ermənistandan ordusundan bu günlərdə istefa vermis polkovniklə sensasion söhbətini dərc edib.  Timeturk.com saytın məlumatına görə, həmin polkovnik özünün əsl kimliyini açıqlamayıb, özünü “Armen Minalyan” kimi təqdim edib. Azsiyasət.com həmin söhbətin bir qismini virtualaz.org-a istinadən təqdim edir:

- Dağlıq Qarabağda müharibə nədən başladı, bu müharibədə Azərbaycanın hərbi üstünlüyünü əvvəlcədən görə bilirdinizmi?

- Hörmətli Hayrettin bəy, iyulda Tovuz bölgəsinə hücum ediləndə Azərbaycanın o cür cavab verəcəyi düşünülməmişdi. 2018-ci ildə Paşinyan hakimiyyətə gələndən sonra xüsusən korrupsiya ilə bağlı ciddi araşdırmalar başlamışdı. Korrupsiyanın önəmli bir hissəsi də ordunun içərisində idi. Rusiyadan alınan silahların bir qisminin inventarda olmadığı, Suriya və müharibə gedən digər ölkələrə satıldığı üzə çıxmışdı. Ordu öz içərisindəki korrupsiyanı ört-basdır etmək üçün Azərbaycanla müharibəyə girməyə qərar verdi. Digər tərəfdən bizə gələn məlumatlarda Azərbaycanın quru döyüşündə Ermənistan ordusu qarşısında davam gətirə bilməyəcəyi deyilmişdi. Ermənistanda ordunu idarə edən generallar öz siyasi maraqları naminə ordunu istifadə etdilər.

- Bəs Azərbaycanın quru döyüşlərində uğur qazana biləcəyini proqnozlaşdırırdınızsa nədən müharibədə məğlub oldunuz?

- Ona görə ki, bizim ordudakı silahların çoxu SSRİ dövründən qalmadır. Silahlar uzun müddət anbarlarda qaldığı üçün bir çoxu işləmir. Ancaq müharibədən əvvəl təqdim edilən hesabatlarda göstərilirdi ki, bütün silahlar işləyir, problem yoxdur. Müharibə başlayanda Azərbaycan ordusunun gücü anlaşıldı və yeni silahlar əldə etmək üçün təcili olaraq Rusiya başda olmaqla bir çox ölkələrdən yardım istədik. Ancaq yeni gələn silahlar gecikdi. Cəbhədə döyüşən ordunun psixologiyası pozuldu və kütləvi fərarilik başladı. Türkiyənin döyüş pilotsuz təyyarələri də bütün tarazlığı dəyişdirdi. Türkiyə pilotsuz təyyarələri qarşısında bütün hava hücumundan müdafiə sistemimiz çökdü və Rusiya da buna çarə tapa bilmədi.

- Deməli Türkiyə PUA-larına qarşı lazım olan tədbirləri görə bilmədiniz?

- Əslində Rusiyadan PUA-lara qarşı sistemlər alındı. Müharibənin ilk günlərində işlər pis getmirdi. Lakin 3-4 gün sonra hava hücumundan müdafiə sistemimiz döyüş pilotsuz təyyarələri qarşısında çökməyə başladı. Onlar fərqli metodla bizim hava hücumundan müdafiə sistemimizi çökdürdülər. Rusiyadan yeni sistemlər gəldi, ancaq onların müqaviməti cəmi 2-3 gün çəkdi. Türkiyə pilotsuz təyyarələri proqram təminatında fərqli versiyalar istifadə edərək yenə də hava hücumundan müdafiə sistemini aşdı. Bütün hava hücumundan müdafiə sistemimiz çökdü, Rusiya da buna çarə tapa bilmədi.

- Bəs müharibə ərzində Rusiyadan silah dəstəyi aldınızmı?

- Rusiyadan silah dəstəyi həm müharibə ərəfəsində, həm müharibə ərzində alındı. Bunu Rusiya Müdafiə Nazirliyi də artıq rəsmən açıqlayıb. KTMT öhdəlikləri çərçivəsində üzərlərinə düşəni etdiklərini dedilər. Müharibənin son 15 günündə PUA-lara qarşı sistemlər gəldi. Ayrıca olaraq Serbiya və Afrika üzərindən də yeni silahlar gəldi. Lakin artıq gec idi…

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"