"Ermənistanın türkləşdirilməsi başladı" - Ovannisyan

07 mart, 2021 01:55

“Qarşımızda bir sual durur: Ermənistanı qoruyub-saxlaya biləcəyik, yoxsa yox?”

Azsiyasət.com xəbər verir ki, bu barədə Ermənistanın “Alternativ Layihələr Qrupu” ictimai təşkilatının rəhbəri Vahe Ovannisyan feysbuk səhifəsində yazıb.

Ovannisyan qeydlərinə belə davam edib:

“Əliyevin dünənki bəyanatı (YAP-ın növbədənkənar VII qurultayında- red.) şok oldu:

“Ermənistan Zəngəzur dəhlizinin tətbiqinə mane olmağa çalışır, ancaq bacarmayacaq. Biz onları məcbur edəcəyik. Biz bütün arzularımızı həyata keçirəcəyik. Necə ki onları torpaqlarımızdan qovduq”.

Bu, ya Nikolun hər şeyi etiraf edəcəyi, ya da gözəl günlərin birində Azərbaycan-Türkiyə qoşunlarının Ermənistana girəcəyi barədə açıq mətndir. Düşünürəm ki, bugünkü mitinqin diqqətində bu məsələ olmalıdır. Əgər bugünkü platforma özü vəziyyəti dərk edirsə, onda o, öz iş tərzini və məzmununu kökündən dəyişməlidir. Əgər dərk etmirsə, onda bu mənzərə ilə bağlı heç nə edə bilməyəcək.

Keçmiş prezidentlər bunu başa düşürsə, fikir ayrılıqlarını kəskin və açıq şəkildə həll etməli və ölkənin Nikoldan qurtuluşunu qətiyyətlə elan etməlidirlər. Bu, “prezident məsuliyyəti”nin təzahürüdür.

Əgər bunu Baş Qərargah və Ermənistan ordusu dərk edirsə, “aristokrat” əhvalından çıxmalı,  hər hansı bir dövlətin ordusunun ölkənin 100 faiz dağılma təhlükəsi dövründə atmalı olduğu addımları atmalıdır. Armen Sarkisyanın çətin qərarlarını təvazökarlıqla gözləməkdən imtina edilməlidir.

Parlament müxalifəti bu vəziyyəti dərk edirsə, Nikolla zərif görüşləri dayandırmalı və gələcək mandat sayını ən yüksək hədəf kimi qəbul etməməlidir. İctimai xadimlər bu vəziyyəti dərk edirsə, inanılmaz həyəcan təbili çalmalıdırlar.

Əgər Milli Təhlükəsizlik Xidməti bundan xəbərdardırsa, hərəkətə keçməyin vaxtıdır. Çünki sabah aktyorluq etməyin bir mənası olmayacaq. Vəziyyətin ciddiliyini, təhlükənin şiddətini kimin nə dərəcədə dərk etdiyini bilmirəm, amma xalq bunu dərk etmir. Bu, o deməkdir ki, bütün ölkədə bir kampaniyaya başlamalıyıq - insanlara izah etməli, onları oyatmalı, ayağa qaldırmalıyıq”.

Ovannisyan Azərbaycan-Türkiyə birliyindən qorxusunu isə belə ifadə edib:

“Türk tərəfi konkret formulaları və xüsusi xəritələri ilə yaxın gələcəkdə Ermənistanı necə böləcəyini göstərir. Xüsusi hərbi təlimlər keçirirlər. Ermənistan hökuməti isə meydandakı “uydurma” mitinq və Ermənistan ordusuna qarşı aksiyalar şəklində “hərbi təlimlər” təşkil edir. Ermənistanın türkləşdirilməsi başladı və sürətlə davam edir – silahla, təbliğatla, iqtisadiyyatla. Daha sonra türk bankları, biznes müəssisələri gələcək. Çox sayda daşınmaz əmlak və torpaq sahəsi əldə edəcəklər. Qanunları dəyişdirməyə məcbur edəcəklər. Bu güc ya daha əvvəlcədən, ya da bir uğursuzluq nəticəsində türklərə təslim oldu. Hökumət dinc şəraitdə Türkiyə və Azərbaycanla layiqli münasibətlər qurmaq lazım olduğunu düşünə bilmir”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"