"Torpaqlarımızı azad etməyə hazırıq" - Ukrayna DİN

08 mart, 2021 00:27

Kiyev Rusiyanın münaqişə tərəfi kimi tanınmasını tələb edir

Dmitri Peskov: “Gərginlikdən dərin narahatıq”

Ukrayna Daxili İşlər Nazirliyi Donbasın "işğaldan azad edilməsi” barədə ötən il qəbul edilən strategiyanı günü bu gün yerinə yetirməyə hazırdır. Bu barədə daxili işlər naziri Arsen Avakovun müşaviri Valeri Posteluyko “Obozrevatel” telekalına açıqlamasında bəyan edib. O bildirib ki, bu qərarı Ukrayna prezidenti Vladmir Zelenski və Ali Rada verməlidir.

Onun sözlərinə görə, 2019-cu ildən “Donbasın işğaldan azad edilməsi strategiyası”nı həyata keçirmək üçün hər şey hazırdır. “Bunun tezliklə baş verəcəyinə ümid edirik. Biz əraziləri geri qaytarmağa hazırıq, amma bir şərtlə: əvvəlcə ruslar qoşunlarını, kontingentlərini geri çəkirlər, biz dövlət sərhədinə daxil oluruq, oraya nəzarəti tam bərpa etmək üçün nə lazımdırsa edirik” deyə, nazirin müşaviri bildirib.

Xəbər verildiyi kimi, martın 7-də Ukraynanın ərazisində 7 ildir “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adlı qondarma “respublikalar” yaratmış separatçılar Ukrayna ordusunun mövqelərinə ağır silahlardan zərbə vurublar. “DXR” rəhbərliyi bildirib ki, dəfəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq, ATƏT müşahidəçiləri “Ukrayna ordusunun onların mövqelərinə zərbələrini gözardı etmələri” səbəbindən qabaqlayıcı zərbələr vurmağa qərar veriblər.

Martın 7-nə keçən gecə Ukrayna ordusunun mövqeləri ardıcıl top atəşinə tutulub. Rusiya seperatçıların mənbələrinə istinadən xəbər verir ki, Ukrayna ordusu ciddi itkilər verib. Rəsmi Kiyev bu xəbərləri nə təsdiq, nə təkzib edir.

Qeyd edək ki, Donbasdakı vəziyyət bir gün əvvəl Minsk razılaşması çərçivəsində danışıqlardan sonra gərginləşib. Danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edən sabiq prezident Leonid Kravçuk deyib ki, Kiyev Rusiyanın davranışına görə "radikal addımlar" atmağa hazırdır.

Ukrayna təkid edir ki, Rusiya ölkənin cənub-şərqindəki münaqişədə tərəf kimi tanınmalıdır. Rusiya isə Kiyevin “DXR” və “LXR” liderləri ilə danışıqlar aparmalı olduqları iddia edir. Rusiyanın danışıqlardakı səlahiyyətli nümayəndəsi Boris Qrızlov isə münaqişənin alovlanmasında Ukraynanı günahlandırıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Moskva təmas xəttində artan gərginliyi "dərin narahatlıqla" müşahidə edir. “Donbas ərazisinə Ukrayna silahlı qüvvələri və təmas xəttinə yaxın olan müxtəlif hərbi birləşmələri tərəfindən getdikcə daha çox atəş açıldığını müşahidə edirik. Ukrayna hərbçiləri bəzi bölgələrdə aktivləşib. Bütün bunlar bizim ciddi narahatlığımıza səbəb olur",- deyə, Kreml rəsmisi bildirib.

Rusiyanın da qoşulacağı müharibə haqda isə Ukrayna siyasətçiləri pessimist əhvaldadırlar. Onlar müharibə olacağı təqdirdə ölkənin bəzi ərazilərin itirilməsi təhlükəsi haqda xəbərdarlıq ediblər. Bunlar həm ənənəvi olaraq Rusiya ilə münasibətlərə bağlı olan şərq bölgələri, həm də rumın və macar icmalarının üstünlük təşkil etdiyi qərb bölgələrinin bir hissəsi də ola bilər.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"