Azərbaycanı bu təşkilatdan niyə qovurdular? - Qubad İbadoğludan ittihamlar

09 mart, 2021 00:31

2020-ci ildə həyat sığortası bazarında ödənişlərin 48 faizi, yığımın 33 faizi Paşa Həyatın payına düşüb.

Azsiyasət.com xəbər verir ki, bu sözləri iqtisadçı Qubad İbadoğlu bildirib. O qeyd edib ki, ötən il bank bazarının aktivlərinin 40 faizdən çoxu, depozitlərin 45 faizindən çoxu Paşa Holdinqə məxsus olan Paşa Bank, Kapital Bank və Xalq Bankın payına düşüb:

“Ölkənin selullar mobil operator bazarında cəmi 3 şirkət (Azərcell, Bakcell və Nar Mobile) vardır, Azərbaycana interneti 2 şirkət (Delta Telekom və AzerTelecom) gətirir. Sərnişin nəqliyyatı AZAL-ın, hava ilə yükdaşıma nəqliyyatı isə Silk Way şirkətinin inhisarındadır, pensiyanı yalnız dövlət fondundan ala bilərik. Elektrik enerjisini “Azərişıq”dan, qazı “Azərqaz”dan, suyu “Azərsu”dan, istiliyi “Azəristiliktəchizat”dan alırıq. Alternativ seçim imkanları yoxdur! Qida bazarının yarısına qədəri “Azərsun” və “Veysəloğlu”nun nəzarətindədir. Aqroparkların 9-u Paşa Holdinqə məxsusdur. Məgər, bu inhisarçılıq, hökmranlıq deyil?”

Q.İbadoğlu xatırladıb ki, “Antiinhisar fəaliyyəti haqqında” Qanuna görə, bazarda payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan hesab olunur. Ekspert Azərbaycanda şəffaflığın olmadığını da iddia edib:

“Öhdəliklərə əməl etmədiyinə görə Azərbayanı Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən qovurdular, özü çıxdı. Ölkəmiz Açıq Hökumət Tərəfdaşlığında 3 ildir ki, qeyri-aktiv üzv statusunda qalıb. Dövlət Neft Fonduna gəlincə, 2019-cu ilin sentyabrın 30-da Fonda ünvanladığımız sadə informasiya sorğularına indiyədək cavab ala bilməmişik. “İnformasiya əldə etmək haqqında” Qanuna görə, bu sorğular maksimum 2 həftəyə cavablandırılmalıdır, üstündən 1 il 5 ay keçib, hətta Bakı şəhər 1 saylı İnzibati İqtisad Məhkəməsi də iddiamızı təmin etmədi, qanunu yox, Dövlət Neft Fondunu müdafiə etdi. Martın 18-də Apellyasiya məhkəməsi olacaq. Heç şübhəsiz ki, onlar da qanunu yox, Neft Fondunu müdafiə edəcəklər”.

bakupost.az

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"