"Israel HaYom" qəzeti: Azərbaycan Prezidenti Administrasiyasının rəsmi nümayəndəsi İsrailə təşəkkür edib

09 mart, 2021 02:15

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib: “Biz İsrail həkimlərinə, İsrailə çox minnətdarıq. Bu, bizim dostluğumuzun və əməkdaşlığın sübutudur”.

Azsiyasət.com xəbər verir ki, israilli jurnalist Din Şmuel Elmas bu haqda İsrailin aparıcı ivritdilli nəşri olan “Israel HaYom” qəzetində yazıb.

Nəşrdə İsrailin Bakıdakı səfiri Corc Dikin sözləri də sitat gətirilib. Səfir deyib: “Bu, bizim aramızda mövcud olan dostluğun ruhunu əks etdirir”.

Məqalənin müəllifi qeyd edir ki, ötən həftənin bazar ertəsi günü səfir Corc Dik başda olmaqla, İsrailin Azərbaycandakı səfirliyi tibbi yardım göstərilməsi üzrə fövqəladə əməliyyat həyata keçirib. Dağlıq Qarabağda Vətən müharibəsi zamanı yaralanmış Azərbaycan əsgərlərinə və zabitlərinə ən azı 150 əməliyyat aparılması və onların müalicəsinin həyata keçirilməsi məqsədilə israilli oftalmoloqların və plastik cərrahların Azərbaycana səfərləri təşkil edilib.

Cümə günü Azərbaycan hökumətində yüksəkvəzifəli şəxslərdən biri, Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” səhifəsində İsrail həkimlərinə minnətdarlığını və hörmətini bildirib.

Hikmət Hacıyev öz “Twitter” səhifəsində yazıb:

“Bu, çox əlamətdar hadisədir. Bizim yaralı əsgərlərimizə və zabitlərimizə real tibbi yardım göstərmiş tibbi personala və İsrail səfirliyinə dərin minnətdarlığımızı bildiririk. Bu, ölkələrimiz arasında dostluğun sübutu və təcəssümüdür”.

Hikmət Hacıyev öz “tvit”ini yəhudi mənbələrindən bir sitatla bitirib: "Bir insanı xilas edən şəxs dünyanı xilas edir”.

Məqalənin müəllifi qeyd edir ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik dünən öz “Twitter” səhifəsində belə bir mesaj yerləşdirib:

"Bu, İsrail ilə Azərbaycan arasında dostluğun ruhunu əks etdirir. Biz bu insanların möhkəm sağlamlığını, özünə əminlik hissini və öz Vətənində – Azərbaycanda normal və layiqli yaşamaq qabiliyyətini qaytarmaq istəyirik”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"