Qərb bizi Rusiya ilə müharibəyə sürükləyir - Vasserman

09 mart, 2021 11:04

Şübhəsiz ki, Rusiya ilə Ukrayna arasında müharibə üçüncü qüvvələr üçün çox sərfəlidir. Donbasda vəziyyətin kəskinləşməsində də Qərb öz rolunu oynayıb.

Azsiyasət.com xəbər verir ki, bu barədə axar.az-a açıqlamasında ukraynalı alim, televiziya aparıcısı və siyasi şərhçi Anatoli Vasserman bildirib.

Onun sözlərinə görə, Donbasda eskalasiya birbaşa ABŞ-la bağlıdır.

“Ağ Evin yeni rəhbəri Ukraynanın əli ilə Rusiyaya zərbə vurur. Hazırda Qərb bizi bir-birimizlə vuruşmağa məcbur etmək üçün əlindən gələni edir. Əsas məqsəd Ukraynada müharibə yaradaraq Rusiyanı məhv etməkdir”, - deyə alim qeyd edib.