"Qırmızı xətti" keçsəydik, əsas üstünlüyümüzü itirə bilərdik - Sabiq nazirdən sensasion açıqlama

09 mart, 2021 16:26

“Bu gecə, yaxud sabah səhər Ermənistanın bizim torpaqlarını işğal etməsinə qarşı Azərbaycanın ikinci Vətən Müharibəsi zamanı apardığı hərbi əməliyyatlara son qoymuş “Birgə Bəyanat”ın qəbul olunmasından dörd ay ötür. İlk emosional dalğanın səngiməsi, nəyin baş verdiyini və hazırda bizim harada olduğumuzu dərk etmək üçün müddət yetərli olmasa da, kifayət qədərdir. Şübhəsiz, bu tarixi hadisəyə daha dolğun qiymət dövlət başçısı tərəfindən verilib”.

Azsiyasət.com xəbər verir ki, bunu Azərbaycanın sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O qeyd edib ki, obyektivliyə rəğmən, hamının yaxşı anladığı reallıqların diktə etdiyi statusa və siyasi konyukturaya görə, bu qiymət mütləq şəkildə hərtərəfli ola bilməz:

“Fövqəladə şəkildə məlumatlı insan roluna qəti şəkildə iddialı deyiləm, lakin hansısa “vəzifə sahibi” olmamaq statusu “dövlət sisteminə” aid insanların heç vaxt deməyəcəkləri məsələlər haqqında açıq danışmağa imkan verir...

Beləliklə, əsas sual yaranır, baş verənlərin hamısı “əvvəlcədən razılaşdırılmış idi”, yoxsa əksinə? Səmimi olsaq, birinci variantın da əlamətləri var və elə hadisələr var ki, bunları əvvəlcədən “planlaşdırmaq” və reallaşdırmaq qeyri-mümkündür. Məsələn, heç kimin gözləmədiyi halda Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin qəhrəmanlığı və taktiki yenilikləri, istifadə olunan PUA-ların dağıdıcı effekti, Ali Baş Komandanın ayrı-ayrı birləşmələri birbaşa idarəetməsinin əhəmiyyəti və s... Yaxud düşmənin müdafiə sisteminin gözlənilmədən sürətli şəkildə darma-dağın olması (rəsmi mənbələrə görə, 10 min nəfər)... İkinci variantın xeyrinə olan belə nümunələrin sayı olduqca çoxdur və bunlar hamıya məlumdur. Lakin bütün bunlar Ermənistanda və Azərbaycanda “sövdələşmə nəzəriyyələrin” çoxsaylı və qatı tərəfdarlarının rəylərinə təsir etmir.

Bəs, həqiqət haradadır? Həmişə olduğu kimi, həqiqət mərkəzdədir.

Əlbəttə, hərbi əməliyyatlar başlayana qədər Ermənistanın və Azərbaycanın rəhbərlikləri çoxsaylı tərəfdaşlarla çoxsaylı məsləhətləşmələr aparıblar və nəticədə özünəməxsus sərhədlər, yaxud “qırmızı xətlər” müəyyən edilirdi ki, bunları pozmaq tövsiyə olunmurdu.

Misal üçün, çox güman ki, Ermənistana tövsiyə olunurdu ki, düşmənin infrastrukturunun mühüm obyektlərinə, dinc əhalinin yaşadığı məntəqələrə, xarici şirkətlərin iştirakı ilə inşa edilmiş əhəmiyyətli obyektlərə zərbələr endirilməsin və s. Azərbaycana gəlincə, yuxarıda sadalananlara əlavə olaraq erməni əhalisinin ənənəvi olaraq sıx yaşadığı yerlərdə və Ermənistan Respublikasının ərazisində hərbi əməliyyatların aparılmasına qadağa barədə danışmaq olar. Görünür, məhz buna görə, Şuşa rayonu və Şuşa şəhəri ətrafındakı vəziyyəti şərh edərkən Putin, Rusiyanın 12 oktyabr təklifini qəbul etməyən Paşinyanın mövqeyinin təəccüb doğurması haqda danışır”.

Politoloqun sözlərinə görə,  Azərbaycan qoşunlarının Xankəndini götürmələri əvvəlcədən razılaşdırılmış “qırmızı xətlərin” pozulması demək olardı:

“Əgər ermənilərin Şuşanı itirməsinə görə günah Paşinyanın tərsliyi və dözülməz davranışının üzərinə qoyulubsa, bu zaman Xankəndində hərbi əməliyyatların davam etdirilməsi Azərbaycan Prezidentinin əldə olunmuş razılaşmalardan kənara çıxmasına bərabər tutulardı. Belə olan halda, ermənilərin adından “İsgəndər”lərlə PUA-ların idarəolunma məntəqələrinə, hava limanlarına, həmçinin ordu birləşmələrinin toplanma və onları idarəetmə məntəqələrinə zərbələr endirilərdi. Belə bir vəziyyətdə biz yəqin ki, Xankəndini və Xocalını alardıq, lakin bu zaman Rusiyanın “neytrallığı”nın olmaması şəraitində Ağdam, Laçın və Kəlbəcərin azadlığı uğrunda uzunmüddətli və qanlı döyüşlər aparmalı olardıq.

Beləliklə, “böyük oyunçular” - yalnız Rusiya və Türkiyəni nəzərdə tutmuram - müharibəyə qədər Azərbaycan əhalisinin yaşadığı əraziləri Azərbaycanın öz nəzarətinə qaytarmasına hazır idi. Lakin erməni təcrübəsində olan etnik təmizləmələri ermənilərin özlərinə qarşı tətbiq etməyə icazə verməzdilər. Bu reallıqdır və bizim münasibətimizdən asılı olmayaraq  belədir”.

Siyasi şərhçi diqqətə çatdırıb ki, birmənalı şəkildə yeni və əhəmiyyətli itkilərə məruz qala bilərdik:

“Lakin bu da əsas deyil. Əgər biz bu “qırmızı xətti” keçsəydik, əsas üstünlüyümüzü – mənəvi cəhətdən düzgünlüyümüzü və Qarabağa olan suveren haqlarımızın hüquqi əsasını itirmiş olardıq. Belə vəziyyətin yaratdığı digər effekt hakimiyyətin və şəxsən Prezidentin beynəlxalq legitimliyinin itirilməsi ola bilərdi. Belə olan halda Prezident təcavüzkar üzərində qalibdən, erməni əhalisinə qarşı “etnik təmizləmənin təşkilatçısı və günahkarına” çevrilərdi.

Burada yazdığım uğursuz və sonu məğlubiyyət olan ssenari birmənalı olaraq Azərbaycanın maraqlarına uyğun deyil. Lakin sual yaranır ki, nəyə görə bizim Qələbənin tənqidçiləri sakitləşmirlər? Bəlkə bütün bunları dərk etmirlər? Bəlkə onları Qarabağ yox, hakimiyyət maraqlandırır?”.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI