"Qarabağdan fərqli olaraq Donbass separatçıları 44 gün müqavimət göstərə bilməyəcək..." - Ukrayna hücuma hazırlaşır

10 mart, 2021 12:58

Azərbaycan ordusunun 44 günlük müharibədə qazandığı qələbədən sonra Ukraynanın şərqindəki rusiyameylli separatçıların təşvişə düşdüyü məlumdur. Buna səbəb Ukrayna ordusunun da Azərbaycanın təcrübəsindən və döyüş taktikasından istifadə edərək Donbass üzərində nəzarətini bərpa etməyə hazırlaşdığı haqda xəbərlərdir.

Azsiyasət.com virtualaz.org-a istinadən qeyd edir ki, son günlər belə xəbərlərin intensivliyi artıb. Eləcə də təmas xətti boyu ağır silahların və tankların da tətbiqi ilə tez-tez atışmalar qeydə alınır. Ukrayna ordusunun təmas xəttinə ağır silahlar və hərbi birləşmələr cəmləşdirdiyi haqda faktlar var, hücum əməliyyatının yaz aylarında başlayacağı deyilir. Separatçıları təşvişə salan həm də budur ki, Ukrayna ordusu da Qarabağda döyüş əməliyyatlarının gedişinə ciddi təsir edən “Bayraktar TB2” döyüş pilotsuz təyyarələri ilə silahlanıb.

Hərbi ekspert Aleksey Leonkov hesab edir ki, Ukrayna Silahlı Qüvvələri hücuma ciddi hazırlaşıb və Donbass separatçılarının (“DNR” və “LNR”) Qarabağdan fərqli olaraq 44 gün müqavimət göstərmək imkanı olmayacaq.

Ekspert rusdilli KİV-lərə açıqlamasında bildirib ki, Ukrayna ordusunun hücum potensialı yüksək səviyyədədir. Çünki son illərdə ABŞ və NATO-nun rəhbərliyi altında ciddi hazırlıq keçib. Vaşinqton Ukrayna ordusunun 4 briqadasının təlim-döyüş hazırlığına və təchizatına 250 milyon dollar sərf edib. Habelə döyüş pilotsuz təyyarələri ilə silahlanıb.

Qarabağ müharibəsində özünün saxta xəbərləri ilə ad çıxaran WarGonzo telegram-kanalının aparıcısı Semyon Peqov isə iddia edir ki, Ukrayna ordusunun hücumu iki istiqamətdən başlayacaq. Bunlar Qorlovka və Novoazovsk istiqamətləridir. “Strateq” Peqov hesablayır ki, birinci istiqamətdən irəliləyən Ukrayna qüvvələri Luqansk və Donetsk arasında strateji əhəmiyyətli yolu kəsəcəklər, ikinci istiqamətdən isə maksimal tezliklə Rusiya ilə dövlət sərhədinə çıxacaqlar.

“Luqansk xalq respublikası”ından jurnalist və siyasətçi Rodion Miroşnik isə “Vladimir Solovyovla axşam” proqramında deyib ki, Luqansk və Donetsk yeni hərbi eskalasiyada Rusiyanın köməyinə müraciət etməli olacaqlar. Çünki onların Ukrayna ordusuna qarşı dayanmaq gücü yoxdur. Separatçıların nümayəndəsi qeyd edib ki, Ukrayna ordusunun şəxsi heyəti rəsmən 240 mindir, amma Arsen Avakovun sərəncamında 340 minə qədər qüvvə var və beləliklə, Donbassa 600 minlik qüvvə hücuma keçəcək.  Ona görə də “Donetsk və Luqansk xalq respublikaları” hökmən Rusiyanın köməyinə müraciət edəcəklər. 

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI