Rusiyada hazırki sistem çökəndən sonra nə baş verəcək? - "Rusiyada mütləqiyyət həmişə uğursuzluğa düçar olur"

10 mart, 2021 17:12

Uinston Çörçil Rusiya barəsində deyirdi: “Rusiya sirr pərdəsinə bükülmüş müəmmadır”. Ancaq o, düz söyləməyib. Rusiya nə müəmmadır, nə də sirr.

Ruslar öz ölkələrinin nailiyyətlərini yüksəyə qaldırmaq, onu şöhrətləndirmək və həmçinin də çoxsaylı tarixi fəlakətlərinin və cinayətlərinin səviyyəsini minimuma etdirmək üçün xeyli sayda hadisələr uydururlar.

Digər ölkələrə nisbətən Rusiyanı anlamaq bir qədər çətindir. Lakin həqiqətin aşkarlanması üçün faktları əfsanələrdən ayırmaq lazımıdr. Məsələn, britaniyalı politoloq Mark Qaleotti özünün “Rusiyanın qısa tarixi” (A Short History of Russia) adlı informasiyalı, cəlbedici və maraqlı kitabında 1000 illik həyəcanlı və narahat tarixi qısa şərh edib. O, iki əsas hadisənin nəqlindən başlayır. Həmin hadisələrin hər biri faktlar və əfsanələrin qarışığından ibarətdir.

IX əsrdə əfsanəvi vikinq-avantürist Ryurik Kiyev Rusu adlı dövlətin əsasını qoyub. Bu dövlətin ərazisi Rusiyanın şimalındakı Novqoroddan başlayaraq, cənubdakı Kiyevə qədər uzanırdı. Rus dövləti həmişə dağılma və mövcudluq həddi arasında tarazlığını saxlamağa çalışıb, çünki daxili çəkişmələr ölkənin yadellilər tərəfindən qarət edilməsinin qarşısını almağa imkan vermirdi. Ona görə də, rusiyalıların əksəriyyəti indiyədək hesab edir ki, dövlətin dayanıqlığını və vahidliyini yalnız güclü rəhbər qoruya bilər.

İkinci müəyyənedici hadisə isə Ryurikin nəvəsi Vladimirin xristian dininin pravoslavlıq inancını xalqa məcburən qəbul etdirməsidir. Həmin dövrdə pravoslavlıq Bizans İmperiyasında əsas cərəyan idi. Ümumi nəticədə Rus dövlətiylə pravoslav olmayan Qərb arasında əbədi ayrılma baş verdi.

Rusların bir qismi belə hesab edir ki, onların eretik (kafir) katolik qonşularının əsil niyyəti pravoslavlığın özülünü dağıtmaq və Rusiyanı işğal etməkdən ibarətdir. Prezident Putinlə onun müttəfiqi patriarx Kiril də əhalinin bu fikrlərini bölüşürlər və həmçinin də yeri gələndə bundan istifadə edirlər.

Kiyev Rus dövləti 13-cü əsrdə monqollar tərəfindən dağıdılıb. Bundan sonra Moskva onun yerini tutdu, ancaq Ryurikin nəslindən olanlar hökmdarlıqlarını yenə də sürdürdülər.

Avropalıların fikrinə görə, rusların “barbarlığının” izahı “monqol əsarətinə” bağlıdır. Lakin bunun əksini düşünən bir çox rusiyalı hesab edir ki, onların Avropa intibahından ayrı düşmələrinin və inkişafdan geri qalmalarının başlıca səbəbi monqol istilası ilə əlaqədardır. Qaleotti isə irəli sürülən hər iki arqumentə çox skeptik yanaşır.

17-ci əsrdə polyakların işğalı və İvan Qroznunun qanlı rejiminin törətdikləri Rusiyanı məhvolma həddinə gətirib çıxarmışdı. Uzun sürən qarmaqarışıqlığın ardından hakimiyyət başına keçən Romanovlar sülaləsi təhlükəsiz sərhədlər axtarışına çıxmaqla ölkə ərazisini genişləndirməyə başladılar və bu da yeni imperiyanın meydana gəlməsi ilə nəticələndi.

Buna baxmayaraq, yadellilər ölkəyə soxulmaqda davam edirdilər, lakin xaricdən idxal olunmuş hərbi texnologiyalar sayəsində onların qarşısı alına bildi. Böyük Pyotrun Rusiya İmperiyası Avropada gedən böyük siyasətə müdaxilə etməyə girişdi. Amma dilemma mövcudluğunu saxlayırdı: ölkədəki sabitliyi pozmadan, onu hansı yollarla modernləşdirmək olardı? Çar II Aleksandr təhkimçi kəndililəri azadlığa buraxdı və cəmiyyətdə mühüm islahatlara cəhd göstərdi. Ancaq o, buna görə fanatik inqilabçılar tərəfinfən sui-qəsd nəticəsində öldürüldü.

20-ci əsr Rusiya tarixinin ən qanlı səhifəsi kimi yadda qalıb. Birinci Dünya Müharibəsi zamanı Rusiya 3 milyon insan itirdi. Həm vətəndaş müharibəsi zamanı və həm də ondan sonra ölkəni bürümüş dəhşətli aclıq nəticəsində 12 milyon insan öldü. Sonradan Stalinin qaba formada həyata keçirdiyi sənayeləşmə və aqrar inqilab zamanı terrordan istifadəyə əl atıldı. Müxtəlif dəyərləndirmələrə görə həmin dövrdə tüğyan etmiş aclıq, məcburi əmək, represiya və kütləvi güllələnmələr nəticəsində 6 milyon insan həlak olub (Bəzi mənbələr 20 milyon insanın öldüyünü bildirir).

İosif Stalini vəsf edənlər deyirlər ki, o, 1941-ci ildə Almaniya təcavüzünün qabağını aldı, Avropada çar imperiyasını bərpa etdi və ölkəni fövqəldövlətə çevirdi. Bunun nəticəsində İkinci Dünya Müharibəsində 27 milyon insan həlak olub. Yazıçı disidentlərdən biri demişkən: hər halda bu, rusiyalıların qürür hissi duyacaqları yeganə qələbədir.

Sovet diktaturasının qalıqları üzərində Putin tərəfindən qurulmuş korrupsiyalaşmış və yırtıcı sistem əvvəlki hakimiyyətlər kimi modernləşdirmə və sabitliyin qorunmasını özündə birləşdirə bilmədi. İndi bu sistem də öz sonluğuna yaxınlaşır.

Bəs hazırkı sistem çökəndən sonra nə baş verəcək?

Bu suala cavab vermək çox müşküldür. Əksər rusiyalı sabit və rahat həyat sürmək üçün hələ də Avropa ilə əməkdaşlıq etməyə və onun bir parçası olmağa can atır. Qaleotti deyir ki, ola bilər növbəti dəfə onlar uğur qaza bilsinlər.

Ümid edək ki, o, haqlı çıxacaq.

(“The Spectator”-Böyük Britaniya)

Tərcümə “AzPolitika.info-nundır

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"