Ermənistan Mehri dəhlizini niyə açmır? - ŞƏRH

10 mart, 2021 18:46

44 günlük Vətən Müharibəsindən sonra imzalanan üçtərəfli bəyanatın bu gün 4 ayı tamam olur. Məlumdur ki, onun əsas şərtlərindən biri Azərbaycanın Laçın dəhlizini açmasının müqabilində Ermənistanın da Mehri dəhlizini açması idi. Yəni Zəngəzur yolu açılmalıydı. Lakin indiyədək Ermənistan tərəfi bu istiqamətdə heç bir addım atmayıb.

Maraqlıdır, Ermənistan bəyanatın bu şərtini niyə yerinə yetirmir?

Azsiyasət.com xəbər verir ki, mövzu barədə Yenisabah.az-a danışan Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli bildirib ki, hazırda Ermənistanda siyasi böhran hökm sürür:

“Ölkə başçısı da bu haqda danışdı və “Mehri dəhlizinin açılmasına ermənilər hələ ki razılıq vermir”,-dedi. Prezident çox  qətiyyətli şəkildə bildirdi ki, lazım gəlsə, zor tətbiq edərək biz bu dəhlizin açılmasına nail olacağıq. Onu da əlavə etdi ki, Mehri dəhlizinin açılması ideyası həm də Rusiyanın özünə məxsusdur. Ermənistanda hazırda siyasi böhrandır, ölkənin Baş naziri ilə Baş Qərargah rəisi arasında ciddi mübarizə gedir, hətta hərbi çevrilişə cəhd də var. Bundan başqa Qarabağ klanının nümayəndələri Mehri dəhlizinin açılmasının guya yalnız Türkiyə və Azərbaycana üstünlük gətirəcəyini iddia edir. Halbuki dünənə qədər hay çəkib, “Azərbaycanla Türkiyə bizi blokadaya alıb, dünyaya açılmağa imkan vermirlər, beynəlxalq və iqtisadi layihələrə qoşulmaq üçün şərait yaratmırlar”,-deyə qışqırırdılar. Sən mənim torpağımı işğal edəcəksən, soyqırım törədəcəksən, mən də sənə inkişaf üçün şərait yaradacam?”

Politoloq millətçilik azarına tutulduqlarını, ona görə gerçəkliyi normal dərk edə bilmədiklərini diqqətə çatdırıb:

“İndi vəziyyət dəyişib, torpaqlarımızın, demək olar ki, hamısını azad etmişik. Kommunikasiya xətlərinin açılması da 10 noyabr Moskva razılaşmasında öz əksini tapıb. Bu kommunikasiya xətlərinin içərisində Mehri dəhlizinin açılması, oradan keçən dəmiryolunun bərpası, Azərbaycanın Mincivan stansiyasından Naxçıvana gedən yolun birləşdirilməsindən söhbət gedir. Bu ruslara hava-su kimi lazımdır, çünki onlar bilirlər ki, Mehri dəhlizindən sonra həmin dəmiryolunu İrəvanadək uzatmaq mümkündür”.

Həmsöhbətimiz vurğulayıb ki, bu, Rusiyanın  bölgədə saxladığı hərbi bazaların təminatına lazım olan əşyaların daha ucuz qiymətə daşınmasına və mütəmadi əlaqələrin olmasına kömək edəcək:

“Üstəlik Azərbaycan hazırda Bərdədən dəmiryolu xəttini Ağdama qədər uzadır, artıq tikinti işlərinə başlanıb, xeyli məsafə qət edilib. Ağdamdan sonra da dəmiryolunun Xankəndinə qədər uzadılması nəzərdə tutulur. Layihədə bu barədə danışılıb. Amma ermənilər bu cür davranmağa davam edəcəklərsə, onların blokadada saxlanması nə  Türkiyə ilə, nə də Azərbaycanla sərhədlərin açımasına imkan verəcək. Özləri yalvardıqda, Rusiyanın təzyiqi ilə bu məsələyə razı olduqdan sonra məsələ həll oluna bilər”.

Siyasi şərhçi bölgədə mühüm logistika tədbirlərinin həyata keçirildiyini bildirib:

“Bu tədbirlərə İran da qoşulmaq istəyir. Əgər bu kiçicik, cəmi 40 kilometrlik Mehri dəhlizi açılsa, ermənilər Avropaya da gedə biləcək. Onlar Yaxın Şərqin bütün ölkələrinə dəmiryolu ilə gedəcəklər.  Dəmiryolları şəbəkəsinin elə böyük perspektivləri açılır ki, bu ilk növbədə Ermənistanın maddi rifahına səbəb olacaq, Ermənistanın xarici ticarət dövriyyəsi artacaq. Bununla yanaşı Ermənistan tranzit xətlərdən müəyyən qədər pul qazanacaq. Çünki ərazisindən keçən dəmir və şose yollarına görə ölkəyə pul ödəyirlər. Üstəlik, ermənilər özlərini yaxşı aparsalar, yəni aranı qarışdırmağa davam etməsələr, bölgədə əmin-amanlıq yaranar, kommunikasiya və logistika tədbirlərinin həyata keçirilməsi geniş vüsət alar, ətrafdakı  bütün ölkələrlə birbaşa əlaqələr saxlamaq imkanına nail ola bilər. Gümrüdən Qarsadək onların dəmiryolu var, o dəmiryolu saz vəziyyətdədir, oraya qatar buraxıla bilər. Bu dəhlizin açılmasından daha çox xeyiri Ermənistan götürəcək. Amma bunun Azərbaycan üçün də əhəmiyyəti var”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"